Müsəlmanlar
İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər?

İfrad həcci edən bir şəxs ömrə ziyarətini ən tez nə vaxt yerinə yetirə bilər?

Sual: İfrad həccində şeytanı daşlayan, sonra başını-üzünü qırxdıran, axırda da təvaf və sə’y işlərini başa vuran bir nəfər dərhal (həmin gün) miqat ərazisinə gedib ehrama daxil olsa və ömrəni yerinə yetirməyə başlasa, olar?

Cavab: Xeyr, olmaz.

Çünki Həcc ibadətini yerinə yetirən bir şəxs bayramın (qurban) 1-ci günü böyük şeytanı daşladıqdan sonra qurban kəsir və üz-başını qırxdırıb ehramdan çıxır. Həmin ehramdan çıxmağın nəticəsində o şəxs üçün arvadı (əri) ilə cinsi əlaqədən başqa ehram qadağası qalmır. Sonra o şəxs Kəbəyə gedir, təvaf və sə’y işlərini başa çatdırır. Elə həmin gün də Minaya qayıdır. Zilhiccə ayının 11-12-ci günlərini orada qalır və bütün (hər üçünü) şeytanları daşlayır. İstəsə, 13-cü günü də orada qala bilər. Günortadan (şeytanları daşlayandan) sonra Məkkəyə qayıdır.

Həcc (ifrad, qiran və ya təməttu) bu qaydada yerinə yetirilir. Təşriq günlərində ən azı 2 gün şeytan daşlamadan həcc ibadəti yerinə yetirilmiş hesab olunmur. Başqa sözlə desək, o arada ömrə ziyarəti etmək olmaz.

http://www.muselmanlar.com/fitvalar/hecc-omre

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.