Müsəlmanlar

Dişi qoyundan qurban olar?

Sual: Qurban kəsilən qoyun mütləq erkək olmalıdır, yoxsa dişi qoyunu da qurban kəsmək olar?

Cavab: Dişi qoyunu da qurban kəsmək olar. Bir eybi yoxdur.

Bununla belə, peyğəmbərimizin (s. a. v.) qurbanlıq heyvan kimi imkan daxilində erkək qoyun (qoç) kəsdiyini nəzərə alan alimlər bildirirlər ki, qoç kəsmək qoyun kəsməkdən yaxşıdır. Amma bu o demək deyil ki, dişi qoyunu qurban kəsmək olmaz. Əlbəttə, olar!

Əsas olan; kəsənin niyyəti, səmimiyyəti və kəsdiyi qurban ətindən başqalarına nə qədər payladığıdır.

Qurban barədə ətraflı məlumatı aşağıdakı linkdə görə bilərsiz:

Qurbanın maddi və mənəvi əhəmiyyəti

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.