Müsəlmanlar
Qurban kəsən bir şəxs özünə gətirilən qurban tikəsini nə etməlidir?

Qurban kəsən bir şəxs özünə gətirilən qurban tikəsini nə etməlidir?

Sual: Mən keçən il qurbanımı bir xeyriyyə təşkilatının vasitəsilə kəsdirdim. Qonşuların bundan xəbəri yox idi. Ona görə də qurban kəsmədiyimi düşünərək mənə qurban əti gətirdilər. Mənim də üzüm gəlmədi ki, qurban kəsdiyimi, ətə ehtiyacım olmadığını deyim. Sizcə mən nə etməliyəm? Eyni hal bir də təkrar olunsa, qonum-qonşunun gətirdiyi əti geri qaytarmalıyammı?

Cavab: Allah Təala Quranda qurban əti haqqında belə deyir:

“Biz qurbanlıq böyük baş heyvanları da sizin haqqınızda Allahın dininin şəairindən etdik. Onlarda sizin üçün xeyir var. Onlar kəsilmək üçün cərgə halında durduğu vaxt onları kəsəndə Allahın adını çəkin. Böyrü üstə yerə yıxılanda da onlardan (heyvanların ətlərindən) həm siz yeyin, həm qənaət edib istəməyənlərə, həm də fəqirlərə yedirdin. Budur, sizin şükür etməyiniz üçün onları sizin əmrinizə verdik.” (Həcc, 22/36)

Bu ayədən belə çıxır ki, qurban ətindən həm sahibi yeyə bilər, həm də o ətdən varlı-kasıb qohumlara və qonum-qonşuya verilir. Qurban kəsməyiniz o demək deyil ki, sizə gətirilən qurban əti payını geri qaytarasınız.

Ancaq yaxşı olar ki, siz də qohum-əqrəba və qonşularınıza vermək üçün öz qurbanınızdan müəyyən qədər ət payı ayırasınız.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.