Müsəlmanlar
Həkimlər müalicə edə bilmədikləri xəstədən pul ala bilərlər?

Həkimlər müalicə edə bilmədikləri xəstədən pul ala bilərlər?

Sual: Həkimlər öz xəstələrini müalicə edirlər, amma tutalım ki, müalicə bir nəticə vermir. Belə olan halda həkimlərin bir nəticəsi olmayan müalicəyə görə xəstələrdən pul alması dini cəhətdən düzgündür? Bu pul onlara halal olur?

Cavab: Həkimlər xəstəni müalicə etdikləri zaman bu müalicənin mütləq müsbət nəticə verməsi lazım gəlməyə bilər. Çünki xəstənin başqa xəstəlikləri də ola bilər, həkimin təyin etdiyi dərmanları istifadə etməmiş, yaxud da səhv istifadə etmiş ola bilər. Ya da xəstə özünə lazımi qədər diqqət yetirməmiş ola bilər. Əgər həkim öz öhdəsinə düşən işi layiqincə yerinə yetiribsə, bunun müqabilində pul almağa haqq qazanmış hesab edilir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.