Müsəlmanlar

Akvariumda balıq saxlamaq

Sual: Mən akvariumda balıq saxlamaq və bunun istehsalı ilə məşğul olmağı xoşlayıram. Bəs bu işin ticarəti ilə məşğul olmaq necə, dinimizə əsasən düzgündür?

Cavab: İslam hüququnda məlum olan bir qaydaya əsasən “əşyalarda əsl olan ibahədir”, başqa sözlə, hər şeyin mübah, yəni, halal olmasıdır. Yəni, belə hökm verilir ki, əgər bir şeyin haram olduğuna dair qəti bir dəlil (ayə və ya hədis) yoxdursa, həmin şey halaldır. Akvariumda balıq saxlamaq, çoxaltmaq və bu işin ticarəti ilə məşğul olmaq barədə də qadağan edici hər hansı bir dəlil yoxdur. Ona görə də bu işlə məşğul olmağın dini cəhətdən bir eybi yoxdur.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.