Müsəlmanlar

Əks cinsi masaj eləmək olar?

Sual: Mən masajist işləyirəm. Həm kişiləri, həm də qadınları masaj eləyirəm. Özüm də müsəlman bir kişiyəm. Görəsən, belə etməyim günahdır?

Cavab: Allah Quranda həm kişilərə, həm də qadınlara baxışlarına hakim olmağı əmr edib. O, buyurub ki, övrət yerlərinizi örtülü saxlayın:

“Mömin kişilərə de ki, baxışlarını aşağı salsınlar və namuslarını (fərc) qorusunlar.”

“Mömin qadınlara da de, baxışlarını aşağı salsınlar və namuslarını (fərc) qorusunlar.” (Nur, 24/30-31)

Fərc kişi və qadının qabaq və arxasına, eləcə də onları əhatə edən yerə deyilir. Bu, diz qapağı ilə göbəyin arasındakı yerdir. Bu yerləri insanın həyat yoldaşından başqa heç kim görə bilməz.

Yad kişilərin qadının əl, üz, bilək və ayaqlarından başqa yerlərinə baxmaqları Nur surəsinin 31-ci ayəsində qadağan edilib. Toxunmaq baxmaqdan da irəlidə olan bir mərhələdir. Ona görə də sizin qadınları masaj etməyiniz haramdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.