Müsəlmanlar
Şeytanın Allahdan qorxmağının mənası nədir?

Şeytanın Allahdan qorxmağının mənası nədir?

Sual: Quranda bildirilir ki, şeytan Allahdan qorxduğunu deyir. Allahdan qorxmaq Onun əmrlərini yerinə yetirib qadağan etdiyi şeylərdən uzaq durmaq deməkdir. Ancaq şeytan da eyni sözü – qorxmaq fe’lini işlədir. Elə isə şeytanın Allahdan qorxmağını nə cür başa düşmək olar?

Cavab: Quran ayələrinə baxdıqda məlum olur ki, şeytan aşağıdakı 2 halda Allahdan qorxduğunu deyir.

1) Bir şəxsin kafirliyinə bais (səbəbkar) olduğu vaxt:

“(Münafiqlərin vəziyyəti) Şeytanın vəziyyəti kimidir. O, insana: “Kafir Ol!”, – deyir, insan kafir olduğu vaxt da: “Həqiqətən, mən səndən uzağam. Doğrudan da, mən aləmlərin Rəbbi olan Allahdan qorxuram”, – deyir (yaxasını kənara çəkir).” (Həşr, 59/16)

2) Bədr döyüşü üçün həvəsləndirdiyi Məkkə ordusunun qabağına mələklərin çıxıdığını gördüyü vaxt:

“O zaman şeytan onların əməllərini özlərinə gözəl­ göstərib: “Bu gün insanlardan heç kəs sizə qalib gələ bilməz. Axı mən sizə (yardım edən bir) qonşuyam!”– demişdi, iki dəstə bir-birini gördükdə isə geri çəkilib: “Mən sizdən uzağam. Mən sizin görmədiklərinizi görürəm. Mən Allahdan qorxuram. Çünki Allah şiddətli cəza verəndir!”– demişdi.” (Ənfal, 8/48)

Bu kimi sözləri bütün kafirlər deyirlər. Hətta onlar bəzi hallarda müsəlman olmağı belə, çox istəyirlər. Allah belə buyurur:

Kafirlər mütləq müsəlman olmalarını arzulayacaqlar.” (Hicr, 15/2)

Ancaq bu sözün arxasında möhkəm durmurlar və bu mənada nəsə bir hərəkət etmirlər. Ona görə də bu, onların daxili dünyasını yandırır.

Çox gözəl sözlər deyən çox insan var. Onlar həmin şeyləri öz həyatlarına tətbiq etmirlərsə, yalançı və saxtakar hesab olunurlar.

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/3896.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.