Müsəlmanlar
İnsan ürəyindən keçirdiyi hər şeyə görə cavabdehdir?

İnsan ürəyindən keçirdiyi hər şeyə görə cavabdehdir?

Sual: Allaha şükür, mənə ömrə ziyarətinə getmək qismət oldu. Bu ziyarət vaxtı ehramlı vəziyyətdə Məscidi-hərama girmək istəyirdim. Yanımda bir din xadimi var idi. Birdən mənə dedi ki, bax ha, burda ürəyimizdən keçən şeylərə görə də Allah tərəfindən haqq-hesab olunacağıq. Bilmək istəyirəm, insan ağlından keçən hər bir şeyə görə cavabdehdir?

Cavab: İnsan öz hərəkətləri və danışığına görə həm Allah qarşısında, həm də digər insanlara nəzərən cavabdehlik daşıyır. Bununla belə, ağlımıza gələn şeylərə görə cavabdeh olsaydıq, məhv olardıq! Əgər belə bir şey olsaydı, şeytan çox böyük bir qələbə nərəsi çəkərdi. Biz insanlar ürəyimizdən keçənlərə görə heç vaxt cavabdeh deyilik.

Ancaq içimizdə (daxili dərinliklərimizdə) gizləyib saxladığımız şeylərə görə cavabdehik. Bu iki şey bir-birindən fərqlidir: İnsanın ağlından keçən şeylər başqadır, içində olan şeylər başqa.

İnsan ağlından keçən şeylərə heç vaxt mane ola bilməz. İnsanın buna gücü çatmır. Odur ki, hər bir insanın ağlından bir çox şey keçir. Bu fikirləri qovub uzaqlaşdırmaq çox vaxt qeyri-mümkün olur.

Lakin insanın daxili dünyasına yerləşib sabit hala gələn iman, yaxşılıq, küfr, şirk, yalançılıq və fitnə kimi şeylər də var. Bu kimi şeylər insanın şəxsiyyətinin bir hissəsidir. İnsan məhz bunlara görə cavabdehdir.

Sualınızla əlaqədar olaraq aşağıdakı cavabı da nəzərdən keçirin:

http://www.muselmanlar.com/fitvalar/1729.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.