Müsəlmanlar
Zəkatı hesabladıqda ehtimal olunan borcu çıxmaq olar?

Zəkatı hesabladıqda ehtimal olunan borcu çıxmaq olar?

Sual: Hal-hazırda əlimdə bir az pul var. Ancaq bu ilin axırlarında evlənəcəm. Təbii ki, çoxlu xərcim çıxacaq. Zəkatı hesablayanda həmin xərcləri çıxmalıyam, yoxsa yox? Yəni, bu dəqiqə əlimdə olan pulun hamısını nəzərə alıb zəkat verməliyəmmi?

Cavab: Təkcə hazırkı borclarınızı (əgər varsa) çıxın. Gələcəkdə əlinizə gələcəyi ehtimal olunan pulun zəkatını indidən vermirsiniz ki! Eynilə bunun kimi, gələcəkdəki xərclərinizi də indidən çıxa bilməzsiniz.

Odur ki, bu dəqiqə əlinizdə olan puldan (əgər varsa borclarınızı çıxdıqdan və zəruri ehtiyaclarınızı ödədikdən sonra) zəkat verməlisiniz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.