Müsəlmanlar

İçki içən 40 gün namaz qıla bilməz?

Sual: Deyilənə görə içki içən və yaxud haram bir şey yeyib içən adamın namazı 40 gün qəbul olunmur. Bu nə dərəcədə düzdür?

Cavab: Quranın Nisa surəsinin 43-cü ayəsində belə deyilir:

“Ey iman gətirənlər! Sərxoş ikən nə dediyinizi anlayana qədər namaza yaxınlaşmayın”.

Göründüyü kimi, burada 40 gün söhbəti yoxdur. “Nə dediyinizi başa düşənə qədər” ifadəsi var. Əgər içki içən insan dinən çıxsa idi, Allah bu ayəni kitabına qoymazdı.

Bir insanın 40 gün yaşayıb yaşamayacağını heç kəs bilə bilməz.

Əlavə olaraq, həmişə tövbə etmək olar. Tövbə qapısı açıqdır. Əsas odur ki, insan tövbəsində səmimi olsun.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.