Müsəlmanlar
Lyoness sistemindən pul qazanmaq olar?

Lyoness sistemindən pul qazanmaq olar?

Sual: Sizdən təzə bir sistem - Lyoness haqqında sual soruşmaq istəyirəm. Həmin sistem belə işləyir: Lyoness üzvləri bu sistemlə müqaviləsi olan yerlərdən endirimli al-ver edə bilirlər. Üzvlərə Cashback deyilən bir kart verilir. Ayın-oyun alan şəxs kassada kartını göstərdiyi vaxt endirim qazanır. Həmin endirim birbaşa onun hesabına yüklənir. Bir üzv sistemə başqa bir üzv gətirdiyi vaxt onların al-verindən də nağd pay alır. Bu, yuxarıdan aşağıya doğru belə davam edir. İki alt üzvdən sonrakı alt üzvlərin al-veri nəticəsində də birinci şəxsə bal yazılır. Yəni, bu sistemin sayəsində hamı qazanır. Təbii ki, yuxarıdakı üzvlər həmişə daha çox qazanc götürür. Bu sistemdə qazanc al-verdən əldə olunan endirimin üzvlərin arasında nağd olaraq bölüşdürülməsinə əsaslanır. 100 manatlıq al-verdə %15 endirim varsa, həmin 15 manat Lyoness, üzvlər, uşaq və ailə yardımlaşma fondu və vergi kimi dövlətin arasında bölüşdürülür. Bu sistemin məqsədi böyük bir istehlakçı kütləsi formalaşdırmaq və firmalardan endirim əldə etmək, beləcə, al-verdən üzvlərə pul qazandırmaqdır. Bu sistemdən qazanılan pul halaldır?

Cavab: Haqqında danışdığınız əməliyyatların nəticəsində əlavə bir dəyər yaradılmır; sadəcə olaraq istehlakdan gəlir götürülür. Halbuki Quranda belə deyilir:

“Ey iman gətirənlər! Mallarınızı aranızda batil yollarla deyil, qarşılıqlı razılığa əsaslanan ticarətlə yeyin”. (Nisa, 4/29)

Əlavə olaraq, müqavilə mətnindən də başa düşüldüyü kimi, bu sistemə daxil ola bilmək və bu yolla qazanc götürmək üçün bir-biri ilə ziddiyyət təşkil edən çoxlu müqaviləni əhatə edən paket bir məhsul (mürəkkəb əqd) da var. Halbuki eyni müqavilədə bir-biri ilə ziddiyyət təşkil edən əqdlər fiqhdə (İslam hüququ) qadağan edilib.

Bu sistemin aşağıdakı kimi eyibli və təhlükəli cəhətləri var:

– İnsanlar işləmədən başqalarının əməyi ilə qazanırlar.

– Qlobal səviyyədə istehsalçı və satıcılar təzyiq altında qalır.

– Bu sistem onların razı olub olmadığını nəzərə almayan bir monopoliya yaratmaq məqsədi güdür.

Nəticə olaraq, bu məlumatlara əsasən bu cür bir sistemdə yer tutmaq dini baxımdan düzgün deyil.

Suala cavab verdi: Servet Bayındır ((İstanbul Universitetinin dosenti, ilahiyyat və iqtisad mütəxəssisi.))

Sualınızla əlaqədar olaraq aşağıdakı qısa yazını da oxuyun:

http://www.muselmanlar.com/fitvalar/2049.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.