Müsəlmanlar

Forex sistemi ilə valyuta alıb satmaq düzgündür?

Sual: Forex sistemi vasitəsilə beynəlxalq birjalarda valyuta alış-satışı ilə məşğul olmağa dində necə baxılır? Forex elə bir birjadır ki, orada avro, dollar, funt sterlinq və yapon yeni kimi pullar alınıb satılır. Bu bazarın əsas xüsusiyyəti ondan ibarətdir ki, əməliyyatlar nağd puldan istifadə olunmadan həyata keçirilir. Bundan ötrü əvvəlcə Forex şirkətində bir hesab açmaq və yarana biləcək zərəri ödəmək üçün təminat-zəmanət vermək lazımdır. Şirkət isə təminatın 100 qatı, hətta 400 qatına qədər alış-satış apara bilər. Misal üçün, təminat 1000 dollardırsa, 400000 dollara qədər alış-satış imkanı verə bilər. Valyutanın alışı və satışı arasındakı fərq (spread) xeyir (nəf, gəlir) və ya zərəri (ziyan, itki) təşkil edir. Belə bir ticarət halaldır?

Cavab: Forex valyuta alveri deyil. Çünki bu birjada bütün əməliyyatlar xəyalidir. Olmayan bir valyutanın hesaba daxil edilməsi ilə başlayan əməliyyat olmayan pulların dəyişdirilməsi (bir növ mübadilə) ilə davam edir. Bu xəyali alış-satışlardan yaranan xeyir və ya ziyan sanki həqiqi imiş kimi hesaba köçürülür. Şirkətin hesabına köçürülən pul sadəcə olaraq meydana gələ biləcək zərəri aradan qaldırmaq, yəni, ziyanı ödəmək üçün alınan təminatdır. Beləcə, həmişə qazanc götürən və heç bir vaxt ziyana düşməyən də Forex firmasıdır.

Belə şeylər ticarət deyil, batil, yəni, reallıqda olmayan xəyali əməliyyatlardır. Bu yolla götürülən qazanc haramdır. Allah Təala belə buyurur:

“Ey möminlər! Bir-birinizin malını haqsızlıqla yeməyin! Bu ancaq qarşılıqlı razılıq yolu ilə baş verən alış-satışla (ticarət) ola bilər. Özünüzü öldürməyin. Allah sizə qarşı mərhəmətlidir. Kim bunu həddi aşaraq və zülmkarlıqla etsə, onu bir alova salarıq. Bu, Allah üçün asandır”. (Nisa, 4/29-30)

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.