Müsəlmanlar
Fatimeyi-Zəhra nə vaxt vəfat edib?

Fatimeyi-Zəhra nə vaxt vəfat edib?

Sual: Həzrəti Fatimə neçə yaşında rəhmətə gedib?

Cavab: Hər şeydən əvvəl qeyd edək ki, həzrəti Fatimənin dünyaya gəldiyi və vəfat etdiyi tarixlə əlaqədar müxtəlif fikirlər var. Misal üçün, bəziləri onun 18 yaşında rəhmətə getdiyini deyirlər, bəziləri də 27 və 35 yaşında vəfat etdiyini.

Biz bu suala cavab vermək üçün Türkiyə Diyanet Vakfının nəşr etdiyi İslam ensiklopediyasına baxdıq. Orada qeyd edilir ki, Fatimə anamız miladi 609 və ya 605-ci ildə dünyaya gəlib. Bununla belə, birinci rəvayətə üstünlük verilir. Yəni, deyilir ki, o, 609-cu ildə anadan olub.

Fatimeyi-Zəhra anamız peyğəmbərimizin vəfatının üstündən 5,5 ay keçdikdən sonra dünyasını dəyişib. Başqa sözlə desək, birinci rəvayətə əsasən 23, ikinciyə əsasən isə 27 yaşında vəfat edib. ((Ətraflı məlumat üçün baxın: Türkiyə Diyanət Vəqfinin nəşr etdiyi İslam ensiklopediyası, Fatıma bəndi, müəllif Yaşar Kandemir, 12-ci cild, s. 219.))

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.