Müsəlmanlar
Cirəgülü bitkisinin çayını içmək olar?

Cirəgülü bitkisinin çayını içmək olar?

Sual: Deyilənə görə cirəgülü bitkisi dərman istehsalında olduğu kimi, içki emalında da işlədilir. Elə isə bu bitkinin çayını içmək olar, yoxsa haramdır?

Cavab: Xeyr, cirəgülü (anason, pimpinella anisum) çayı içməyin bir eybi yoxdur. Əgər bu bitki içki istehsalında işlədildiyinə görə haram olsaydı, şərab istehsalında istifadə olunduğuna görə üzüm də haram olardı! Yəni, üzüm yemək və üzüm şirəsi içmək də haram olardı. Belə bir məntiqdən söhbət belə gedə bilməz.

Qısa desək, cirəgülü çayı içmək halaldır.

Qeyd edək ki, bu cür bitkilərin çayını apteklərdən almaq daha yaxşıdır; əks halda, tanımayan insanlar bunları zəhərli bitkilərlə qarışdıra bilərlər.

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.