Müsəlmanlar
Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar?

Bina hələ tikilməmiş mənzilləri satmaq və almaq olar?

Sual: Biz bir bina evi almaq istəyirik. Bina hələ tikilməyib. Hətta bünövrəsi də qoyulmayıb. Təkcə çertyoju görmüşük. Amma almaq istəyirik. Belə etsək, günah olar? Ümumiyyətlə hazır olmayan bir evi satmaq və ya almaq dini cəhətdən nə dərəcədə düzgündür?

Cavab: Əgər daşınmaz əmlakla əlaqədar bütün xüsusiyyətlər layihə üzərində müəyyən edilibsə və gələcəkdə haqsızlıq və problemlərə səbəb olmayacaqsa, fiqh (İslam hüququ) elmindəki istisna (sifariş) müqaviləsinin qaydalarına əsasən bunu düzgün hesab etmək olar. Yəni, hər şey əvvəlcədən ölçülüb-biçilibsə və satan və alan tərəflər bütün şərtləri müəyyənləşdiriblərsə, problem yoxdur. Necə deyərlər, şərti şumda kəs, xırmanda yabalaşma.

“İstisna bir sifariş əqdidir; bu, bir malın istehsalı üçün emal edən tərəflə bağlanan müqavilə deməkdir”.

Qeyd edilməlidir ki, gələcəkdə təhvil alınacaq və ya istehsal olunacaq bir malın pulunun tamamilə, yaxud da bir hissəsinin verilməsi qiyməti ucuzlaşdırır. Nağd qiyməti 100 manat olan bir malın 2 aylıq nisyə qiyməti 110 manatdırsa, pulun hamısının qabaqcadan verilməsi halında qiymət təxminən 90 manat ola bilər. Burada da bir mal alındığı üçün faizdən söhbət gedə bilməz. Lakin bu, faizsiz sərmayə təmin etmək vasitəsidir”. ((MƏNBƏ: Abdulaziz Bayındır, Ticaret ve Faiz, İstanbul, 2007, s. 145-146, Türk dilində.))

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.