Müsəlmanlar
Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə?

Peyğəmbər vəfat edib. Biz kimə beyət etməliyik? Əhli-beytə?

Sual: Məlumdur ki, Muhəmməd peyğəmbərin (s. a. v.) dövründə müsəlmanlar ona beyət edirdilər. İndi isə peyğəmbər sağ deyil. Belə olan halda biz müsəlmanlar onun nəslindən gələn bir nəfərə beyət etməliyik?

Cavab: Beyət qanuni İslam dövlətinə və dövlət başçısına bağlı qalmaq müqaviləsi deməkdir. Bu siyasi bir anlayışdır, idarəetmə işləri ilə əlaqədardır. Peyğəmbərimizin dövründə bu bağlılıq yazılı bir müqavilə ilə deyil, əshabələrin sözləri və peyğəmbərin əlindən tutmaqla həyata keçirilirdi. Bu gün də eyni şeyin olması üçün bir İslam dövləti və dövlət başçısı olmalıdır. Bu dövlət başçısının peyğəmbərin nəslindən olmağı lazım deyil. Belə bir şərt yoxdur. Xəlifələrin tarixinə baxdıqda görmək olur ki, onların arasında peyğəmbərin nəslindən gələnlər bir xeyli azdır.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.