Müsəlmanlar
İşsizlik müavinəti

İşsizlik müavinəti

Sual: Bir insan öz işindən çıxıb. İndi həm işsizlik müavinəti alır, həm də qaçaq bir işdə işləyib maaş alır. Sizcə bu, dinimiz baxımından düzgündür?

Cavab: Dövlət işsizlik müavinətini rəsmi bir işdə işləməyən vətəndaşlara verir. Əgər siz öz işinizi rəsmiləşdirsəniz və yaxud rəsmi olaraq bir iş tapsanız, bu vaxt işsizlik müavinəti almağınız sizə halal olmaz. Bu düzgün deyil.