Müsəlmanlar
Qurban namazı var?

Qurban namazı var?

Sual: Qurban namazı deyilən bir şey dində həqiqətən də, var? Mən bu barədə bir kitabda oxumuşam. Belə ki, Övliya Əfəndinin Dərsəadət adlı Qurban əsərinin 31-32-ci səhifələrində belə bir hədis qeyd olunub: “Kim qurbanını kəsəndən sonra 2 rükət namaz qılıb Allaha dua etsə, Allah ona nə istəsə, verər”. Bu haqda nə deyərdiniz?

Cavab: Biz bu barədə araşdırma apardıq və nəticədə səhih (düzgün, mötəbər), zəif və mövzu (uydurma) hədislər də daxil olmaqla heç bir hədis külliyatında sizin dediyiniz hədisi görə bilmədik. İnternet vasitəsilə apardığımız araşdırma da bir nəticə vermədi. Ona görə də bunun bir hədis olduğunu demək xeyli çətindir. Eyni zamanda hədisin mətnini təhlil etdikdə bu cür bir nəticə alınır. Uydurulmuş hədislərin xüsusiyyətlərindən biri də budur ki, həmin “hədis”lərdə kiçik bir ibadətin müqabilində çox böyük mükafat vəd olunur. Bu sözdə də belə bir motiv var. Çünki burada da deyilir ki, 2 rükətlik namazdan sonra Allah insana nə istəsə, onu verər. Bu ifadə uydurulmuş hədislərdə tez-tez təsadüf edilən bir ifadədir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.