Müsəlmanlar

Orucun qəzası var. Namazın qəzası niyə yoxdur?

Sual: Allah bildirib ki, Ramazan ayında xəstə və yaxud yol üstündə olanlar oruc tutmaya bilərlər. Lakin həmin xəstə sağaldığı vaxt və səfərdə olan insan öz evinə qayıtdıqda Ramazan ayında tuta bilmədikləri orucu qəza etməlidirlər. Bəs oruc ibadətində qəza varsa, namazda niyə yoxdur? Hər ikisi də ibadət deyil?

Cavab: Allah Quranda xəstə və səfərdə olanlara Ramazan orucunu tutmamaq kimi bir icazə verib amma tutmaqlarının onlar üçün daha xeyirli olduğunu da bildirib. ((Bəqərə, 2/184.))

Namaz qılmaq və oruc tutmaq ibadətlərinin bir-biri ilə müqayisə edilə bilən xüsusiyyətləri yoxdur. Çünki namaz qılmaqla əlaqədar buyuruq nə xəstəlik halında, nə səfərdə, nə müharibədə, nə də başqa bir üzrlü səbəbdən aradan qalxır. Orucun qəzası qəsdən tutulmadığı vaxt deyil, xəstəlik və səfərdə olmaq səbəbindən verilən icazəyə əsasən tutulmadığı vaxt qüvvəyə minir. Qəsdən tərk olunan əməl icazəyə əsasən tərk olunanla müqayisə edilə bilməz.

Əlavə olaraq, fiqh elmində belə bir qayda var: İbadətlərdə qiyas (müqayisə, analogiya) yoxdur. Əgər bir tərəfdən desək ki, ibadətlərdə qiyas yoxdur, digər tərəfdən də namazla orucu müqayisə edib hökm çıxartsaq, bir ziddiyyətlə nəticələnər.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.