Müsəlmanlar

Dırnaq uzatmaq

Sual: Dırnaq uzatmağın dini cəhətdən bir eybi var?

Cavab: Dırnaqların uzanan hissəsinin kəsilməyi fitrət (insan təbiəti) baxımından lazım olan sünnələrdəndir. Peyğəmbərimiz Muhəmməd (s. a. v.) fitrətdən olan 5 təmizlikdən birinin də dırnaq tutmaq olduğunu bildirib.

Dırnaqlar uzandığı vaxt ətlə dırnağın arasına çirkli və içərisində mikrob və bakteriya olan şeylər daxil olur. Xüsusilə də əl barmaqları bədənin demək olar ki, hər yerinə, ən əsası isə yemək yeyildiyi vaxt ağıza toxunduğuna görə ona eyni zamanda mikrobları daşıyır. Dəstəmaz aldıqda və ya qüsl edərkən su dırnaqların altına keçməlidir. Bu, şərtdir. Murdar şeylərlə dolu olduğuna görə həmin yerlərə su çatmasa, təmiz olmur. Gözəllik məqsədi ilə olsa da, hətta təmiz saxlansa belə, dırnaq uzatmaq düz deyil. Sünnəyə ziddir.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.