Müsəlmanlar

Qadınlar evdən kənarda da makiajlı gəzə bilərlər?

Sual: Makiaj etmək haramdır? Yəni, bir qadın ancaq öz əri üçün bəzənməyib adi hallarda da (küçədə, evdən kənarda, bayırda) makiajlı gəzib dolaşa bilər?

Cavab: Müsəlman bir qadının yad kişilərə bəzənib düzənərək və makiajlı görünməyi dinimiz tərəfindən qadağan edilib. Nur surəsinin 31-ci ayəsində qadınların öz zinətlərini kimlərə göstərib kimlərə göstərə bilməyəcəkləri məsələsi açıq-aydın formada izah edilmişdir:

“Qadınlar öz zinətlərini ataları, qayınataları, oğulları, ərlərinin oğulları, qardaş-bacıları, qardaş-bacılarının oğulları, müsəlman qadınlar, cariyələr (kəniz), kişiliyi qalmamış tabelər (yəni, köməyə möhtac hala düşmüş və kişiliyi qalmamış yoxsul və düşkünlər) ya da qadınların məhrəm yerlərini hələ başa düşmək vaxtına gəlməmiş uşaqlardan başqasına açmasınlar (göstərməsinlər)”.

Bir qadın bu ayədə istisna olunan kişilərdən başqa heç kəsə bəzənib düzənib makiajlı bir formada görünə bilməz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.