Müsəlmanlar
Mənim bir qadın kimi qadın bərbəri işləməyim düzdür?

Mənim bir qadın kimi qadın bərbəri işləməyim düzdür?

Sual: Mən hicablı bir qadınam. Qadın bərbəri işləmək istəyirəm. Amma bəzən epilyasiya etmək də lazım gəlir. Görəsən, bunun dini cəhətdən bir eybi var?

Cavab: Qadınların qadınlara övrəti göbəklə diz qapaqlarının arasındakı yerləridir. Bir qadın istər şəhvətlə, istərsə də şəhvətsiz olaraq başqa bir qadının həmin yerlərinə baxa bilməz. Şəhvət hissi olmamaq şərti ilə digər üzvlərinə baxa bilər. Əgər şəhvət hiss edirsə, digər üzvlərinə baxmağı da haramdır. Elə buna görə də qadınlar bir-birinin yanında göbəkləri ilə diz qapaqlarının arasını örtməlidirlər. Bu, onlara fərzdir (vacib). Başqa sözlə, gözəllik salonunda bədənin bu hissələrini açmamaq lazımdır.

Bu məsələlərə diqqət yetirmək şərtilə bərbər kimi işləməyinizdə hər hansı bir problem olmaz.

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.