Müsəlmanlar

Tövrat və İncili dini qaynaq olaraq istifadə etmək olarmı?

Sual: Tövrat və İncil təhrif edildiyi halda niyə hələ dərslərinizdə onları qaynaq olaraq təqdim edirsiniz?

Cavab: Allahın nazil etdiyi bütün kitablar, Allahın təsdiq etdiyi kitablardır. Bu təsdiqi insanlara göstərmək lazımdır ki, bütün nazil olan kitabların tək qaynağının Allah olduğunu bilsinlər.

Biz bir yəhudinin, bir xristianın, bir məcusinin və ya bütpərəstin yanına gedib dini təbliğ etdiyimiz zaman Quranı Kərimin onlara nazil olan kitabları təsdiq etdiyini bildirmək lazımdır. Bilavasitə, onlar da görsünlər ki, nə bizə nə də onlara fərqli yerdən fərqli dinlər gəlməyib. Bütün dinlərin, kitabların tək sahibi Allahdır.

Əgər onlar öz kitablarına bağlı qalsalar, mütləq son kitab olan Qurana tabe olmaları lazım olduğunu görəcəklər. Çünki, Uca Allah həm onların kitablarında həm də Quranı Kərimdə belə bir xəbərdarlıq verir:

“Allah, nəbilərdən dəqiq söz aldığı zaman belə dedi: “Sizə kitab və hikmət verdikdən sonra yanınızda olanı təsdiq edən bir rəsul gələrsə, mütləq ona inanacaqsız və yardım edəcəksiz. Bunu qəbul etdinizmi? Bu isri/ağır yükü yükləndinizmi? Onlar da: “Qəbul etdik!” dedilər. Allah: “Elə isə şahid olun! Mən də sizinlə bərabər şahidlərdənəm” (Ali İmran 3/81).

Onların kitablarında kəlmə və məna təhrifi varsa da əksər məlumatlar ümumbəşər həqiqətlərdən ibarətdir. Əgər bu həqiqətlərə tabe olsalar, Qurana da yönələcəklər.

Qurani Kərimin ayə və kəlmələrinə olmasa da mənalarına çoxlu təhriflər edilmişdir. Lakin bu təhriflər, Quranı Kərimin doğru kitab olmadığı mənasına gəlməz.

Buna görə də biz bu kitablarda yanlışlar var deyə, doğrularını yox sayacaq deyilik.

Uca Allah Maidə surəsi 48-ci ayəsində belə buyurmaqdadır:

“(Ey Muhəmməd) Həqiqətləri ehtiva edən bu kitabı sənə, özündən əvvəlki kitabları təsdiq edən, qoruyan olaraq endirdik. O halda aralarında Allahın nazil etdiyi ilə hökm ver. Sənə gələn haqqı qoyub, onların arzularına tabe olma. Hər biriniz üçün xüsusi bir hökm və geniş bir yol təyin etdik. Allah lazım görsəydi, sizi əlbəttə tək bir ümmət edərdi. Lakin verdiyi şeylərdə sizi çətin imtahandan keçirmək üçün ümmətlərə ayırdı. Siz xeyir işlərdə yarışın. Hamınızın dönüşü Allahın huzurudur. Allah, ixtilafa düşdüyünüz şeyləri sizə bildirəcəkdir.

Nəticə olaraq, biz Quranı Kərimin onların kitablarının haqq olduğunu, uydurma olmadığını təsdiq etmək məcburiyyətindəyik ki, onlar da son nazil olan kitaba inansınlar.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/2505.html

https://www.muselmanlar.com/fitvalar/6574.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.