Müsəlmanlar

Musiqi alətlərinin müşayiəti ilə dini mahnı oxumaq olar?

Sual: Siz musiqi aləti çalmağın haram və qadağan olmadığını deyirsiniz. Halbuki, bizim ətrafımızdakı bəzi dindar adamlar bunun qətiyyən düzgün olmadığını bildirirlər. Məsələn, son zamanlarda xalq mahnılarının sözləri dəyişdirilir və ilahi adı altında mahnı kimi oxunur. Bu ilahilərdə bütün musiqi alətləri istifadə edilir və bunlar oxunarkən peyğəmbərimizin də adı çəkilir. Bu düzgündür?

Cavab: Dində əsl məsələ hər şeyin mübah/icazəli olmağıdır. (Mübah, yəni İslam hüququnda haqqında icazə verilmiş, üzərində qadağa qoyulmamış hal və davranışları bildirmək ücün bir termin kimi işlədilir.)

Qadağanlar, başqa sözlə, haramlar məhduddur və Allah bunları bizə Qurani-Kərimdə bildirib. Bundan başqa peyğəmbərimiz (s. a. v.) də dini məsələlərdə həm öz sözləri, həm də davranışları ilə bizim üçün ən gözəl nümunə olub. Deməli, Allahın (s. a. v.) qadağan etmədiyi hər hansı bir şeyi qadağan etməyə heç kimin səlahiyyəti yoxdur. Musiqi alətlərinə gəlincə, onlar haqqında nə Qurani-Kərimdə, nə də hədislərdə bir dəlil var. Elə buna görə də musiqi alətləri çalmaq yuxarıda da göstərildiyi kimi mübah olub.

İndi isə gəlin, sualınızın ikinci hissəsinə baxaq: O da mübahdır. Ancaq siz xüsusilə bu məsələdə musiqi içərisində ifadə edilən sözlərə fikir verməlisiniz: Bu günlərdə ilahi adı ilə oxunan  mahnılarda çoxlu xurafat elementi var və bunların bəziləri Allaha şərik qoşmağa qədər gedib çıxır. Məhz bu cür şeylərin ilahi kimi (hələ üstəlik bir savab da gözləyərək) oxunması və dinlənilməsi çox təhlükəlidir.

Oxşar sual cavaba aşağıdakı linkdən baxa bilərsiz:

İslam dinində musiqiyə necə baxılır?

Saytımızın materiallarından istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.