Müsəlmanlar

Subayların da intim münasibəti zina hesab olunur?

Sual: Evli insanların evlilikdən kənar əlaqə yaratmağı zinadır. Bəs subay bir kişi və ya qadının münasibət qurması necə? Bu da zinadır, yoxsa günah?

Cavab: Zina kişi ilə qadının aralarında nikah olmadan cinsi əlaqədə (hər növ intim münasibət) olmaqları deməkdir. Onların evli və yaxud subay olmağı nəticəni dəyişdirmir. Başqa sözlə, bir kişi ilə bir qadının nikahlı olaraq (ər-arvad kimi) birlikdə olması halal, nikahsız olaraq yaşamaqları isə zinadır. Bu, haramdır.

Zinaya sadəcə olaraq evli olanların əks cinslə cinsi əlaqəsi kimi tərif vermək olmaz. Bu, nə sözün lüğəti mənasına uyğun gəlir, nə də Quran və Sünnəyə.

Qısaca desək, zinada evli ya da subay olmağın heç bir fərqi yoxdur. Zina bütün hallarda haram və günahdır.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.