Müsəlmanlar

Ər öz arvadını şahidsiz olaraq boşaya bilərmi?

Cavab: Uca Allah, Talaq surəsinin ilk ayələrində boşanma barədə məlumat verir.

“Ey Peyğəmbər! Qadınları boşadığınız zaman onları gözləmə müddətlərində boşayın, gözləmə müddətini hesablayın və Rəbbiniz olan Allahdan qorxun. Onları, açıq-aşkar zinakarlıq etmələri istisna olmaqla, öz evlərinizdən qovub çıxartmayın və onlar özləri də çıxmasınlar. Bu, Allahın hüdudlarıdır. Allahın qoyduğu hüdudları aşan kimsə özünə zülm etmiş olar. Sən bilmirsən, ola bilsin ki, Allah bundan sonra başqa bir hökm versin.” (Talaq 65/1)

Ayədə göstərildiyi kimi, ərləri tərəfindən boşanan qadınlar üç kur/təmizlik müddətini gözləyərlər. Üç ay təmizlik müddəti içində ərləri ilə cinsi əlaqəyə girməyəcəkdir. Əgər bu müddət içərisində əri öz arvadı ilə cinsi əlaqəyə girməzsə, deməli niyyətində ciddidir və bir talaq tamamlanmışdır. Əri istərsə, tamamilə boşayar, istəyərsə öz avradına yenidən dönə bilər. Dönmək niyyəti yox isə, növbəti ayədə buyrulduğu kimi, boşadığını bildirmək üçün iki şahid gətirəcəkdir:

“(Gözləmə) vaxtı bitdikdə onları (şəriətə) müvafiq olaraq saxlayın və yaxud onlardan müvafiq qaydada ayrılın. Aranızdan iki ədalətli şahid çağırın və Allah üçün şahidlik edin. Allaha və Axirət gününə iman gətirənlərə verilən nəsihət budur. Allahdan qorxana, O çıxış yolu göstərər.” (Talaq 65/2).

Boşanma məsələsi ilə əlaqəli ətraflı məlumatı saytımızın bu linkində görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/2282.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.