Müsəlmanlar

Sahur və İmsaq nədir? Sahura Qalxmağın Əhəmiyyəti

Sahur və İmsaq nədir? Sahura Qalxmağın Əhəmiyyəti

Oruca Dan yerinin ağarmasından etibarən başlanılır. Şərqdə, göylə yerin birləşdiyi üfüq xətti boyunca davam edən səhər aydınlığı dan yerinin ağardığını göstərir. Buna “imsaq vaxtı” deyilir. Uca Allah bu barədə:

“…Fəcrin olduğu tərəfdə ağ xətt qara xətdən sizə görə tam seçilənə qədər yeyin, için; sonra orucu gecəyə qədər tamamlayın.” (Bəqərə 2/187)

İmsaq vaxtından əvvəl yeyilən yeməyə sahur deyilir. Hər nə qədər şərt olmasa da bacardığı qədər hər Müsəlman sahura qalxıb onun bərəkətindən istifadə etməli, bir şeylər yeməsi ya da içməsi lazımdır. Bununla əlaqədar Nəbimiz belə dediyi nəql edilir: “ Sahur yeməyi yeyin. Çünki sahurda bərəkət var.”

Bir başqa rəvayətdə: “Bizim orucumuz ilə əhli kitabın (Yəhudi və Xristiyanların) orucu arasındakı fərq sahur yeməyidir.”

Sahur yeməyini imsaq vaxtına yaxın, iftarı isə vaxtı olan kimi açmaq yəni yemək-işmək nəbimizin sünnəsidir.

Allah oruçlarınızı qəbul etsin!

Mənbə: Yəhya Şenol, “Ramazan və Oruc”.

Tərcümə: Əli Nadirov.

Oruc barədə digər məlumatları əldə etmək üçün saytımızın aşağıdakı linkində görə bilərsiz:

Dini Elmi Sayt

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.