Müsəlmanlar

Qadın dükan işlədə bilər?

Sual: Bir qadın dükan işlədə bilər? Dində buna necə baxılır?

Cavab: Qadın ərə getdikdən etibarən bütün dolanışıq xərcləri ərinin öhdəsinə düşür. Bunun müqabilində qadının da əri qarşısında yerinə yetirməli olduğu bir sıra öhdəlikləri var. Həmin öhdəlikləri yerinə yetirmək qadının borcudur. Əgər bir qadın öz üzərinə düşən öhdəlikləri yerinə yetirsə və ərinin icazəsi ilə işləmək istəsə, işləyə bilər.  Lakin bunun bir sıra şərtləri var. Belə ki, qadının görəcəyi iş dini cəhətdən münasib olmalı, işlədiyi yerin müsəlman bir qadına uyğun şəraiti olmalıdır.

Buna görə də bir qadın dükan işlədə bilər. Bu məsələdə dini cəhətdən bir eyib yoxdur. Qadın əgər təsəttürünə (hicab, dinə uyğun geyinmək) diqqət yetirir və ticarət və əxlaq qaydalarına rəayət edirsə, bunun bir problemi olmaz.

Materialdan istifadə edərkən mənbə göstərilməlidir. Müsəlmanlar © 2004 Bütün hüquqları qorunur.