Müsəlmanlar

Ər arvadının qazandığı pula qarışa bilərmi?

Sual: İslam dininə əsasən ərin arvadının qazancına və pulunu haraya xərclədiyinə nə dərəcədə qarışmaq hüququ var?

Cavab: Qadının mal-dövləti onun özünündür. Ərin o mal-pul barədə bir səlahiyyəti yoxdur. Ər arvadına verdiyi mal-mülkə də qarışa bilməz. Qadının qazandığına da zorla sahib ola bilməz. Allah belə buyurur:

“Ey iman edənlər! Qadınlara zorla varis çıxmaq sizə halal deyildir. Qadınlar açıq-aşkar pis bir iş görməyincə, onlara verdiklərinizi geri almaq üçün onları sıxışdırmayın. Onlarla yaxşı (mərufa uyğun) rəftar edin. Əgər onlar xoşunuza gəlmirsə, ola bilsin ki, xoşlamadığınız bir şeydə Allah sizin üçün çoxlu xeyir yaratmış olsun” (Nisa, 4/19).

Amma qadın öz istəyi ilə verirsə və ailənin keçinməsinə köməklik göstərirsə, bu, əlbəttə daha yaxşı olar.

Oxşar sual cavab üçün aşağıdakı linkə tuşlayın:

Ər-arvad ikisi də işləyirsə, ev işlərini birlikdə görməli deyilmi?