Müsəlmanlar

Bu günün hüquq sistemində hakimlik və ya advokatlıq etmək olarmı?

Sual: Üçüncü sinifdə oxuyan hüquq tələbəsiyəm. Günümüz hüquq sistemində advokatlıq etmək dinimizə görə uyğundurmu? Boşanma və bir çox cinayət davalarında Allahın hökmləri tətbiq edilmir. Belə bir vəziyyətdə biz də bu sistemin bir parçası oluruqmu?

Cavab: Siz bu hüquq sistemində əlinizdən gələn qədər zərər çəkən tərəfin haqlarını qorumaq üçün vasitəçilik edə bilərsiniz. Çünki, hər kəs öz gücü nisbətində olanların məsuliyyətini daşıyır.

Siz, qanunları dəyişdirmək hüququna sahib olmadığınız üçün mövcud sistemdə nə qədər insana hansı ölçüdə köməklik göstərə biləcəyinizin mübarizəsini aparın. Sistem belədir deyib, hər şeyi öz axarına buraxmamalı və bu sistemin yaxşı yönlərindən istifadə edib, doğru nəticələr çıxarmağa çalışmalısız. Çünki, sistemin qorumadığı insanların müəyyən qədər sizin qorumanıza ehtiyacı vardır. Allah da bu mübarizəniz ölçüsündə sizi mükafatlandıracaq və qoruyacaqdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6702.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.