Müsəlmanlar

Yaxşı niyyətli məmurların məsuliyyətlərinin ölçüsü nədir?

Sual: Mövcud hüquq sistemində olan bir çox qanun Quranda keçən haqq-hüquq və cəza hökmlərinə ziddir. Bu hüquq sisteminin tətbiqatçısı olan baş nazir, nazir, vəkil, hakim və məmurlar istədikləri kimi hökmlər qoymaqla əslində haqları olmayan şeylərə nail olur, beləliklə halkın istəkləri yerinə gətirilməməkdə və nəticədə ədalət bərpa edilməməkdədir. Müasir dövrümüzdə mütləq ədaləti bərpa edəcək Quran hökmləri tətbiq edilə bilməməkdədir. Bu nöqtəi-nəzərdən yaxşı niyyətli məmurların məsuliyyətlərinin ölçüsü nədir və “biz əmr quluyuq”- deməkləri onlara bəhanə ola bilərmi?

Cavab: İman, Allaha tam olaraq güvənməkdir. Küfr isə Allahın bir və ya birdən çox ayəsinə göz yummaqdır. Dünyanın harasında və hansı şərtlər altında yaşayırsınızsa yaşayın, ayələrə göz yummaq üçün bir çox səbəb, bəhanə tapa bilərsiniz. Belə olmasa imtahan olmaz. Çünki imtahan, dünyanı axirətə seçib-seçməmək imtahanıdır. Allah Təala belə buyurmuşdur:

“Kafirlərin (ayələrə göz yumanların) Giriftar olacaqları şiddətli əzabdan dolayı vay halına! O kəslərin ki, dünyanı axirətdən üstün tutur, (insanları) Allah yolundan sapdırır və onu əyri göstərməyə çalışırlar. Onlar dərin bir azğınlıq içindədirlər.” (İbrahim, 14/2-3.)

İnsanların çoxu, imtahanın çətinliklərinə dözə bilməyib, şeytanın tələsinə düşər və dinə xidmət yerinə, dini özünə xidmət etdirməyə çalışır. Müəyyən müddət xeyrini də görür, lakin axırı böyük bir fəlakət, peşmançılıq olur.

“Mələklər özlərinə zülm edənlərin canlarını alanda (onlara): “Siz nə halda idiniz?”– deyəcəklər. Onlar: “Biz yer üzündə zəif insanlar idik!”– deyəcəklər. (Mələklər də onlara): “Məgər Allahın torpağı o qədər geniş deyildimi ki, siz orada hicrət edəydiniz?”– deyəcəklər. Onların sığınacaqları yer Cəhənnəmdir. Ora nə pis dönüş yeridir.” (Nisə, 4/97.)

Din fitrətdir, onun əmr və qadağaları beynəlxalqdır. Müsəlman, necə şərtlər altında olur-olsun, Allahın ayələrinə qeydsiz-şərtsiz təslim olan insandır. Belə bir insan, beynəlxalq doğruların müdafiəçisi olduğu üçün təkbaşına da olsa dünyanın ən güclü insanıdır. Allahın din tərifi bu ayənin içindədir:

“Sən bir hənif kimi üzünü dinə tərəf çevir! Allahın fitrətinə (məxluqatlardakı qanuna) doğru. O, insanları da ona (qanuna) əsasən yaratmışdır. Allahın yaratdığını heç cür dəyişdirmək olmaz. Doğru din budur, lakin insanların çoxu (bunu) bilmir.” (Rum, 30/30.)

Məxluqatın bir parçası olan insan, mənfəətlərinə tərs düşənə qədər Qurana uyğun davranışlara hörmət göstərir. Mənfəətinə tərs düşən kimi bəzi ayələrə qarşı rəftarı dəyişir; özünü və çevrəsini razı salmaq üçün də “Nə edə bilərəm, şərtlər bunu tələb edir!”– deyər. Elə kafirlik budur. Kafir, ən böyük qarşıdurmanı öz daxilində yaşayır və ilk mübarizəni də özünə qarşı edir. Bu da onu ciddi mənada zəif salır.

Müsəlman heç bir zaman və heç bir əsasla şəxsi mənfəətlərini ilahi mənfəətlərə seçə bilməz. Mübarizə etməsi lazım olan şeylərə qarşı təslim olmaz. Zülmə təslim olub, özün ya da başqasının mənfəətinə xidmət edənlərin Allahın qəzəbinə düçar olması qaçınılmazdır.

“Əmr qulu olmaq bəhanə ola bilərmi?”- deyə soruşursunuz. Bəli, hamımız əmr quluyuq; amma ən güclü olan Allahın əmrinin quluyuq!

Allahdan qabaq başqasına qul olmaq, şirkin özüdür. Şirk də Allahın əsla əfv etməyəcəyi

günahdır. Allah Təala bizə İbrahim əleyhissəlamı nümunə verir:

“İbrahim və onunla birlikdə olanlarda sizin üçün gözəl bir nümunə vardır. Onlar öz qövmünə dedilər: “Həqiqətən, biz sizdən və sizin Allahdan başqa tapındığınız şeylərdən uzağıq. Biz sizi inkar edirik. Siz bir olan Allaha iman gətirincəyə qədər bizimlə sizin aranızda daim ədavət və nifrət olacaqdır!” Yalnız İbrahimin öz atasına: “Mən sənin üçün mütləq bağışlanma diləyəcəyəm. Fəqət Allahdan sənə gələn (əzabı) dəf edə bilmərəm!”– deməsi istisnadır. (Onlar dedilər): “Ey Rəbbimiz! Biz yalnız Sənə təvəkkül edir və yalnız Sənə üz tuturuq. Dönüş də yalnız Sənədir.”

“Ey Rəbbimiz! Bizi kafirlər üçün sınaq etmə. Ey Rəbbimiz, bizi bağışla. Həqiqətən, Sən Qüdrətlisən, Müdriksən!”

Onlarda sizin üçün – Allaha və Axirət gününə ümid bəsləyənlər üçün gözəl nümunə vardır. Kim üz döndərsə (bilsin ki,) Allah Zəngindir, Tərifəlayiqdir.”

“Ola bilsin ki, Allah sizinlə ədavət bəslədiyiniz kimsələr arasında dostluq yaratsın. Allah (hər şeyə) Qadirdir. Allah Bağışlayandır, Rəhmlidir.” (Mümtəhinə, 60/2-7.)

İnsan, acgözlü varlıdır. Onu batıran şey, mənfəətlərini ikinci sıraya ata bilməməsidir. Yəni, tam bir müsəlman olaraq, Allahı birinci sıraya qoyub, mənfətləərini ikinci sıraya yerləşdirə bilməməsi; tam tərsinə, mənfəətlərini birinci sıraya, Allahı və əmrlərini ikinci sıraya qoymasıdır.

Buna bənzər məlumat almaq istəyənlər bu linkə baxa bilərlər:

http://www.muselmanlar.com/fitvalar/5870.html

Materiallardan istifadə zamanı mənbə göstərilməlidir. MÜSƏLMANLAR © 2004 Bütün hüquqları qorunur.