Müsəlmanlar
Həccə necə niyyət edirlər?

Həccə necə niyyət edirlər?

Sual: Həccə necə niyyət etmək lazımdır?

Ancaq həcci, yəni, həcci ifrad etməyə niyyət edən şəxs: “Allahım, mən həccimi yerinə yetirmək istəyirəm. Onu mənim üçün asanlaşdır və məndən qəbul eylə”, – deyə bilər.

Həcci qirana niyyət etmək istəyən şəxs: “Allahım, mən həcc və ömrə etmək istəyirəm. Onları mənim üçün asan et. Onları məndən qəbul et”, – deyir.

Həcci təməttu etmək istəyən şəxs də həcc mövsümündə ömrəyə niyyət edir. Ömrəsini başa vurduqdan sonra eyni mövsümdə həcci ifradda olduğu kimi ancaq həccə niyyət edib təzədən ehrama girir.

Ancaq ömrəyə niyyət edən isə: “Allahım, ömrə etmək istəyirəm. Onu mənim üçün asan et və məndən qəbul et”, – deyir.