Müsəlmanlar

Çəki ilə qurbanlıq heyvan almaq dini cəhətdən düzgündür?

Sual: Məni maraqlandıran məsələ kilo ilə satılan qurbanlıq heyvanlarla əlaqədardır. Mən hazırkı dəyərini nəzərə almaqla: “Qurbanlıq heyvanın qiyməti yəqin ki, 100 manatla 200 manat arasında olar” , - deyə fikirləşib qurbanlıq heyvanın pulunu bir tərəfə ayırmışam. Qurbanlıq heyvan satan satıcıya deyirəm ki, mənə 200 manat pula bərabər olan ağırlıqda bir heyvan ver. O da təbii ki, heyvanların hansının neçə kilo və neçə manatlıq olduğunu bilmədiyinə görə heyvanları tərəzidə çəkib mənə qiymət deyir. Bir neçə baş heyvanı çəkəndən sonra mənə 130, 150, 170, 200, 210 manat kimi müxtəlif qiymətlər deyir. Bu cür bir qurban ticarəti caizdir? Bu cür bir alverdə dini baxımdan nəsə bir problem var?

Cavab: Bu cür qurbanlıq heyvan alveri etmək olar; bunda dini cəhətdən bir problem yoxdur.

Qurbanla əlaqəli digər sual-cavabı aşağıdakı linkdə görə bilərsiz:

Dini cəhətdən hər kəs qurbanını özü kəsə bilər?