
Ənkəbut surəsi 69 ayədən ibarətdir. Ənkəbut sözü 41-ci ayədə keçir və mənası “Hörümçək” deməkdir.
بسم الله الرحمن الرحيم
Mərhəmətli, Rəhmli Allahın adıyla!
الم
- Əlif, Lam, Mim![1]
أَحَسِبَ النَّاسُ أَن يُتْرَكُوا أَن يَقُولُوا آمَنَّا وَهُمْ لَا يُفْتَنُونَ
- İnsanlar elə hesab edirlərmi ki, sadəcə “inandıq” – deməklə ağır bir imtahandan[2] keçirilmədən buraxılacaqlar?[3]
وَلَقَدْ فَتَنَّا الَّذِينَ مِن قَبْلِهِمْ فَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ صَدَقُوا وَلَيَعْلَمَنَّ الْكَاذِبِينَ
- Sözsüz ki, Biz onlardan əvvəlkiləri də ağır bir imtahandan keçirdik. Sonunda Allah, doğru sözlü olanları əlbəttə biləcək və yalancıları da, əlbəttə, biləcəkdir.[4]
أَمْ حَسِبَ الَّذِينَ يَعْمَلُونَ السَّيِّئَاتِ أَن يَسْبِقُونَا سَاء مَا يَحْكُمُونَ
- Yoxsa pis işləri görənlər bizdən qaça biləcəklərinimi sanırlar?[5] Necə də pis mühakimə yürüdürlər.[6]
مَن كَانَ يَرْجُو لِقَاء اللَّهِ فَإِنَّ أَجَلَ اللَّهِ لَآتٍ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
- Kim (axirətdə) Allahla qarşılaşmağa ümid bəsləyirsə, bilsin ki, Allahın müəyyənləşdirdiyi əcəl mütləq gələcəkdir.[7] O, dinləyəndir, biləndir.
وَمَن جَاهَدَ فَإِنَّمَا يُجَاهِدُ لِنَفْسِهِ إِنَّ اللَّهَ لَغَنِيٌّ عَنِ الْعَالَمِينَ
- Kim cihad edərsə/əlindən gələni edərsə,[8] yalnız özü üçün cihad edər.[9] Əlbəttə ki, Allahın aləmlərə əsla ehtiyacı yoxdur.
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُكَفِّرَنَّ عَنْهُمْ سَيِّئَاتِهِمْ وَلَنَجْزِيَنَّهُمْ أَحْسَنَ الَّذِي كَانُوا يَعْمَلُونَ
- İnanıb güvənənlərin və xeyirxah işlər görənlərin pis işlərini sözsüz ki örtərik və əlbəttə, etdikləri əməllərinə qarşılıq ən gözəli ilə mükafatlandırarıq.[10]
وَوَصَّيْنَا الْإِنسَانَ بِوَالِدَيْهِ حُسْنًا وَإِن جَاهَدَاكَ لِتُشْرِكَ بِي مَا لَيْسَ لَكَ بِهِ عِلْمٌ فَلَا تُطِعْهُمَا إِلَيَّ مَرْجِعُكُمْ فَأُنَبِّئُكُم بِمَا كُنتُمْ تَعْمَلُونَ
- Biz insana valideynlərinə qarşı gözəl davranmasını tövsiyə etdik. Əgər valideynlərin, bilmədiyin bir şeyi Mənə şərik qoşmağın üçün cəhd göstərsələr, o zaman onlara itaət etmə! Mənim huzuruma qayıdıb gələcəksiniz. O zaman sizə nə edəcəyimi bildirəcəyəm.[11]
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُدْخِلَنَّهُمْ فِي الصَّالِحِينَ
- İnanıb güvənənləri və xeyirxah işlər görənləri, əlbəttə, salihlər arasına daxil edəcəyik.[12]
وَمِنَ النَّاسِ مَن يَقُولُ آمَنَّا بِاللَّهِ فَإِذَا أُوذِيَ فِي اللَّهِ جَعَلَ فِتْنَةَ النَّاسِ كَعَذَابِ اللَّهِ وَلَئِن جَاء نَصْرٌ مِّن رَّبِّكَ لَيَقُولُنَّ إِنَّا كُنَّا مَعَكُمْ أَوَلَيْسَ اللَّهُ بِأَعْلَمَ بِمَا فِي صُدُورِ الْعَالَمِينَ
- İnsanlardan elələri var ki: “Allaha inandıq” – deyərlər. Amma Allah yolunda əziyyətə məruz qaldıqda insanların verdiyi əziyyəti Allahın əzabı kimi görürlər.[13] Əgər Rəbbindən bir yardım gəlsə, o zaman sözsüz ki: “Biz də sizinlə bərabərik!” – deyərlər. Məgər Allah cümlə aləmin içində olanı ən yaxşı bilən deyilmi?
وَلَيَعْلَمَنَّ اللَّهُ الَّذِينَ آمَنُوا وَلَيَعْلَمَنَّ الْمُنَافِقِينَ
- Əlbəttə, Allah inanıb güvənənləri də münafiqləri də çox yaxşı bilir.
وَقَالَ الَّذِينَ كَفَرُوا لِلَّذِينَ آمَنُوا اتَّبِعُوا سَبِيلَنَا وَلْنَحْمِلْ خَطَايَاكُمْ وَمَا هُم بِحَامِلِينَ مِنْ خَطَايَاهُم مِّن شَيْءٍ إِنَّهُمْ لَكَاذِبُونَ
- Kafirlik edənlər, iman gətirənlərə: “Bizim yolumuza tabe olun. Sizin günahlarınızı da biz daşıyarıq.”[14] – dedilər. Halbuki, onların heç bir günahını daşıyası deyillər. Əlbəttə ki, onlar çox yalançıdırlar.
وَلَيَحْمِلُنَّ أَثْقَالَهُمْ وَأَثْقَالًا مَّعَ أَثْقَالِهِمْ وَلَيُسْأَلُنَّ يَوْمَ الْقِيَامَةِ عَمَّا كَانُوا يَفْتَرُونَ
- Şübhəsiz ki, onlar öz günahlarını və o günahlarla birlikdə başqa günahları da daşıyacaqlar.[15] Qiyamət/məzardan qalxma günü, uydurduqları şeylərdən əlbəttə sorğu-sual ediləcəklər.
وَلَقَدْ أَرْسَلْنَا نُوحًا إِلَى قَوْمِهِ فَلَبِثَ فِيهِمْ أَلْفَ سَنَةٍ إِلَّا خَمْسِينَ عَامًا فَأَخَذَهُمُ الطُّوفَانُ وَهُمْ ظَالِمُونَ
- Nuhu öz xalqına elçi göndərmişdik.[16] Onların arasında 950 il qaldı.[17] Nəhayət, zülmə davam etdikləri zaman tufan onları yaxaladı.[18]
فَأَنجَيْنَاهُ وَأَصْحَابَ السَّفِينَةِ وَجَعَلْنَاهَا آيَةً لِّلْعَالَمِينَ
- Sonra Biz Nuhu və gəmidə olanları qurtardıq. Bunu hər kəsə bir ayə/bir ibrət etdik.[19]
وَإِبْرَاهِيمَ إِذْ قَالَ لِقَوْمِهِ اعْبُدُوا اللَّهَ وَاتَّقُوهُ ذَلِكُمْ خَيْرٌ لَّكُمْ إِن كُنتُمْ تَعْلَمُونَ
- İbrahim də bir gün xalqına belə demişdi: “Allaha qulluq edin! Ona qarşı çıxmaqdan qorunun! Bir bilsəniz, bu sizin üçün nə qədər xeyirlidir?![20]
إِنَّما تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ أَوْثاناً وَتَخْلُقُونَ إِفْكاً إِنَّ الَّذِينَ تَعْبُدُونَ مِنْ دُونِ اللَّهِ لا يَمْلِكُونَ لَكُمْ رِزْقاً فَابْتَغُوا عِنْدَ اللَّهِ الرِّزْقَ وَاعْبُدُوهُ وَاشْكُرُوا لَهُ إِلَيْهِ تُرْجَعُونَ
- Siz sadəcə Allah ilə aranıza qoyub bütləşdirdiklərinizə[21] qulluq edir və uydurma şeylər ortaya qoyursunuz.[22] Allah ilə aranıza qoyub qulluq etdikləriniz sizə ruzi verəcək gücə malik deyillər.[23] Elə isə siz ruzini Allah qatında axtarın,[24] Ona qulluq edin və Ona şükr edin! Onun huzuruna çıxarılacaqsınız.
وَإِن تُكَذِّبُوا فَقَدْ كَذَّبَ أُمَمٌ مِّن قَبْلِكُمْ وَمَا عَلَى الرَّسُولِ إِلَّا الْبَلَاغُ الْمُبِينُ
- Əgər yalanlasanız, bilin ki, sizdən əvvəlki ümmətlər də yalanlamışdılar.[25] Elçiyə düşən, ancaq açıq-aydın bir təbliğdir/ayələri bildirməkdir.[26]
أَوَلَمْ يَرَوْا كَيْفَ يُبْدِئُ اللَّهُ الْخَلْقَ ثُمَّ يُعِيدُهُ إِنَّ ذَلِكَ عَلَى اللَّهِ يَسِيرٌ
- Onlar Allahın, məxluqatını necə yaratmağa başladığını görmədilərmi? Sonra onu (dirildib Allahın huzuruna) döndürəcək.[27] Həqiqətən, bu Allah üçün çox asandır.
قُلْ سِيرُوا فِي الْأَرْضِ فَانظُرُوا كَيْفَ بَدَأَ الْخَلْقَ ثُمَّ اللَّهُ يُنشِئُ النَّشْأَةَ الْآخِرَةَ إِنَّ اللَّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ
- De ki: “Yer üzündə gəzib dolaşın və Allahın yaratmağa necə başladığına bir baxın!”[28] Sonra Allah, axirəti yaradıb ortaya çıxardacaqdır. Şübhəsiz ki, Allah hər şeyə qadirdir.[29]
يُعَذِّبُُ مَن يَشَاء وَيَرْحَمُ مَن يَشَاء وَإِلَيْهِ تُقْلَبُونَ
- Allah əzabı haqq edənə əzab edər,[30] rəhməti haqq edənə də mərhəmət edər.[31] Siz Onun huzuruna qaytarılacaqsınız.
وَمَا أَنتُم بِمُعْجِزِينَ فِي الْأَرْضِ وَلَا فِي السَّمَاء وَمَا لَكُم مِّن دُونِ اللَّهِ مِن وَلِيٍّ وَلَا نَصِيرٍ
- Siz, yerdə də göydə də (Allahı) aciz buraxa bilməzsiniz. Allah ilə aranıza girəcək bir vəliniz/yaxınınız və yardımçınız yoxdur.[32]
وَالَّذِينَ كَفَرُوا بِآيَاتِ اللَّهِ وَلِقَائِهِ أُوْلَئِكَ يَئِسُوا مِن رَّحْمَتِي وَأُوْلَئِكَ لَهُمْ عَذَابٌ أَلِيمٌ
- Allahın ayələrini və Onunla (axirətdə) qarşılaşmağı gözardı edənlər ki var, bax onlar mərhəmətimdən ümidlərini kəsmişlər.[33] Onlar üçün acı dolu əzab vardır.[34]
فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا اقْتُلُوهُ أَوْ حَرِّقُوهُ فَأَنجَاهُ اللَّهُ مِنَ النَّارِ إِنَّ فِي ذَلِكَ لَآيَاتٍ لِّقَوْمٍ يُؤْمِنُونَ
- Xalqının (İbrahimə) cavabı isə: “Onu öldürün və ya yandırın!” – deməkdən başqa bir şey olmadı. (Atəşə atsalar da) Allah onu atəşdən qurtardı.[35] Şübhəsiz ki, bunda inanıb güvənən bir xalq üçün möhkəm ayələr/dəlillər vardır.
وَقَالَ إِنَّمَا اتَّخَذْتُم مِّن دُونِ اللَّهِ أَوْثَانًا مَّوَدَّةَ بَيْنِكُمْ فِي الْحَيَاةِ الدُّنْيَا ثُمَّ يَوْمَ الْقِيَامَةِ يَكْفُرُ بَعْضُكُم بِبَعْضٍ وَيَلْعَنُ بَعْضُكُم بَعْضًا وَمَأْوَاكُمُ النَّارُ وَمَا لَكُم مِّن نَّاصِرِينَ
- (İbrahim) dedi: “Siz dünya həyatında aranızda sadəcə sevgi bağı olsun deyə, bütləşdirilmiş varlıqları Allah ilə aranıza qoydunuz. Qiyamət/məzardan qalxma günü də biriniz digərini görməzdən gələcək və biriniz digərini lənətləyəcəkdir/kənarlaşdıracaqdır.[36] Sığınacağınız yer atəşdir! Sizə yardım edən də olmayacaqdır.”
فَآمَنَ لَهُ لُوطٌ وَقَالَ إِنِّي مُهَاجِرٌ إِلَى رَبِّي إِنَّهُ هُوَ الْعَزِيزُ الْحَكِيمُ
- Lut ona inandı. İbrahim dedi ki: “Mən Rəbbimə (onun əmr etdiyi yerə) hicrət edirəm. Çünki O, Əzizdir, Hökm/hikmət sahibidir.[37]
وَوَهَبْنَا لَهُ إِسْحَقَ وَيَعْقُوبَ وَجَعَلْنَا فِي ذُرِّيَّتِهِ النُّبُوَّةَ وَالْكِتَابَ وَآتَيْنَاهُ أَجْرَهُ فِي الدُّنْيَا وَإِنَّهُ فِي الْآخِرَةِ لَمِنَ الصَّالِحِينَ
- Biz ona (İbrahimə) İshaqı və Yaqubu bəxş etdik.[38] Nəslindən gələnlərə Nəbilik və kitab verdik.[39] Dünyada da onun mükafatını verdik. Şübhəsiz, o, axirətdə də xeyirxahlardan olacaqdır.[40]
وَلُوطًا إِذْ قَالَ لِقَوْمِهِ إِنَّكُمْ لَتَأْتُونَ الْفَاحِشَةَ مَا سَبَقَكُم بِهَا مِنْ أَحَدٍ مِّنَ الْعَالَمِينَ
- Luta da (Nəbilik verdik).[41] Bir gün xalqına belə dedi: “Siz həqiqətən, o pozğun işdə/homoseksuallıqda[42] heç bir xalqın cürət etmədiyi qədər irəli getdiniz.[43]
أَئِنَّكُمْ لَتَأْتُونَ الرِّجَالَ وَتَقْطَعُونَ السَّبِيلَ وَتَأْتُونَ فِي نَادِيكُمُ الْمُنكَرَ فَمَا كَانَ جَوَابَ قَوْمِهِ إِلَّا أَن قَالُوا ائْتِنَا بِعَذَابِ اللَّهِ إِن كُنتَ مِنَ الصَّادِقِينَ
- Siz elə mütləq (cinsi əlaqə üçün) kişilərə yaxınlaşmaya, yol kəsməyə və məclislərinizdə o pozğun işi görməyə davam edəcəksiniz? Xalqının ona cavabı isə sadəcə bu oldu: “Əgər doğru sözlülərdənsənsə, gətir bizə Allahın əzabını!”[44]
قَالَ رَبِّ انصُرْنِي عَلَى الْقَوْمِ الْمُفْسِدِينَ
- (Lut) dedi ki: “Rəbbim! Bu fəsadçı/pozğun xalqa qarşı mənə yardım et!”[45]
وَلَمَّا جَاءتْ رُسُلُنَا إِبْرَاهِيمَ بِالْبُشْرَى قَالُوا إِنَّا مُهْلِكُو أَهْلِ هَذِهِ الْقَرْيَةِ إِنَّ أَهْلَهَا كَانُوا ظَالِمِينَ
- Elçilərimiz İbrahimə bir müjdə[46] gətirdikləri zaman: “Biz bu (Lutun yaşadığı) şəhərin əhalisini həlak edəcəyik! Çünki oranın əhalisi zalımdır.” – dedilər.[47]
قَالَ إِنَّ فِيهَا لُوطًا قَالُوا نَحْنُ أَعْلَمُ بِمَن فِيهَا لَنُنَجِّيَنَّهُ وَأَهْلَهُ إِلَّا امْرَأَتَهُ كَانَتْ مِنَ الْغَابِرِينَ
- (İbrahim) dedi: “Axı orda Lut var!”[48] “Biz orada kimin olduğunu çox yaxşı bilirik. Arvadı xaric, onu və ailəsini qurtaracağıq. Arvadı isə (həlak edildikdən sonra bədəninin) qalıqları geridə qalanlardan olacaqdır.”[49] – dedilər.
وَلَمَّا أَن جَاءتْ رُسُلُنَا لُوطًا سِيءَ بِهِمْ وَضَاقَ بِهِمْ ذَرْعًا وَقَالُوا لَا تَخَفْ وَلَا تَحْزَنْ إِنَّا مُنَجُّوكَ وَأَهْلَكَ إِلَّا امْرَأَتَكَ كَانَتْ مِنَ الْغَابِرِينَ
- Elçilərimiz/mələklər Lutun yanına (insan cildində) gəldikləri zaman Lut onlara görə narahat oldu və onlardan ötrü canı sıxıldı.[50] Dedilər ki: “Qorxma və üzülmə! Biz səni və ailəni qurtaracağıq, yalnız avradından başqa. O, (həlak edildikdən sonra bədəninin) qalıqları geridə qalanlardan olacaqdır.[51]
إِنَّا مُنزِلُونَ عَلَى أَهْلِ هَذِهِ الْقَرْيَةِ رِجْزًا مِّنَ السَّمَاء بِمَا كَانُوا يَفْسُقُونَ
- Yoldan çıxıb pozğunçuluq törətdiklərinə görə Biz bu şəhərin əhalisinin üstünə göydən bir fəlakət endirəcəyik”[52]
وَلَقَد تَّرَكْنَا مِنْهَا آيَةً بَيِّنَةً لِّقَوْمٍ يَعْقِلُونَ
- Ağlını doğru işlədən bir xalq üçün o şəhərdən geriyə açıq-aşkar bir ayə/ibrət nişanəsi buraxdıq.[53]
وَإِلَى مَدْيَنَ أَخَاهُمْ شُعَيْبًا فَقَالَ يَا قَوْمِ اعْبُدُوا اللَّهَ وَارْجُوا الْيَوْمَ الْآخِرَ وَلَا تَعْثَوْا فِي الْأَرْضِ مُفْسِدِينَ
- Mədyənə də qardaşları Şueybi (elçi göndərdik).[54] Dedi ki: “Ey xalqım! Allaha qulluq edin və axirət gününə ümid bəsləyin! Yer üzündə pozğunçuluq edərək qarışıqlıq törətməyin!”
فَكَذَّبُوهُ فَأَخَذَتْهُمُ الرَّجفَةُ فَأَصْبَحُوا فِي دَارِهِمْ جَاثِمِينَ
- Onlar isə onu yalanladılar. Çox keçmədən onları da güçlü bir sarsıntı yaxaladı və dizləri üstə yurdlarında çöküb qaldılar.[55]
وَعَادًا وَثَمُودَ وَقَد تَّبَيَّنَ لَكُم مِّن مَّسَاكِنِهِمْ وَزَيَّنَ لَهُمُ الشَّيْطَانُ أَعْمَالَهُمْ فَصَدَّهُمْ عَنِ السَّبِيلِ وَكَانُوا مُسْتَبْصِرِينَ
- (Hud xalqı) Ad ilə (Salihin xalqı) Səmudu da (həlak etdik). Oturduqları yerlər/xarabələr, onların vəziyyətini sizə açıq-aşkaq göstərir. Şeytan etdiklərini onlara gözəl göstərdi və onları yoldan çıxartdı. Halbuki onlar gözüaçıq idilər.[56]
وَقَارُونَ وَفِرْعَوْنَ وَهَامَانَ وَلَقَدْ جَاءهُم مُّوسَى بِالْبَيِّنَاتِ فَاسْتَكْبَرُوا فِي الْأَرْضِ وَمَا كَانُوا سَابِقِينَ
- Qarunu, Fironu və Hmanı da (həlak etdik). Musa onlara açıq-aydın ayələr/dəlillər gətirdiyi zaman onlar, o yerlərdə təkəbbürlük göstərmişdilər. Həlak olmaqdan qurtula bilmədilər.[57]
فَكُلًّا أَخَذْنَا بِذَنبِهِ فَمِنْهُم مَّنْ أَرْسَلْنَا عَلَيْهِ حَاصِبًا وَمِنْهُم مَّنْ أَخَذَتْهُ الصَّيْحَةُ وَمِنْهُم مَّنْ خَسَفْنَا بِهِ الْأَرْضَ وَمِنْهُم مَّنْ أَغْرَقْنَا وَمَاكَانَ اللَّهُ لِيَظْلِمَهُمْ وَلَكِن كَانُوا أَنفُسَهُمْ يَظْلِمُونَ
- Onlardan hər birini işlədiyi günahından ötrü yaxaladıq. Kimisinə daş-torpaq sovuran qasırğa göndərdik,[58] kimisini güçlü bir səs yaxaladı.[59] Kimisini yerin dibinə soxduq,[60] kimisini də suda boğduq.[61] Allah onlara əsla haqsızlıq etmirdi, amma onlar öz-özlərinə haqsızlıq edirdilər.[62]
مَثَلُ الَّذِينَ اتَّخَذُوا مِن دُونِ اللَّهِ أَوْلِيَاء كَمَثَلِ الْعَنكَبُوتِ اتَّخَذَتْ بَيْتًا وَإِنَّ أَوْهَنَ الْبُيُوتِ لَبَيْتُ الْعَنكَبُوتِ لَوْ كَانُوا يَعْلَمُونَ
- Allah ilə öz aralarına qoyduqları övliya/himayəçi tutanların məsəli, bir yuva quran hörümçəyin məsəli kimidir. Halbuki ən zəif yuva, əlbəttə dişi hörümçək yuvasıdır. Kaş bunu biləydilər.[63]
إِنَّ اللَّهَ يَعْلَمُ مَا يَدْعُونَ مِن دُونِهِ مِن شَيْءٍ وَهُوَ الْعَزِيزُ الْحَكِيمُ
- Əlbəttə ki, Allah onların özləri ilə aralarına qoyub yalvardıqları hər şeyi bilir.[64] O Əzizdir/hörmətli və güçlü, hökm və hikmət sahibidir.
وَتِلْكَ الْأَمْثَالُ نَضْرِبُهَا لِلنَّاسِ وَمَا يَعْقِلُهَا إِلَّا الْعَالِمُونَ
- Bax Biz, bu məsəlləri insanlar üçün çəkirik. Bunları ancaq ağlını işlədən alimlər anlayarlar.[65]
خَلَقَ اللَّهُ السَّمَاوَاتِ وَالْأَرْضَ بِالْحَقِّ إِنَّ فِي ذَلِكَ لَآيَةً لِّلْمُؤْمِنِينَ
- Allah göyləri və yeri haqq ilə yaratdı.[66] Əlbəttə ki, bunda inanıb güvənənlər/möminlər üçün möhkəm bir ayə/dəlil vardır.[67]
اتْلُ مَا أُوحِيَ إِلَيْكَ مِنَ الْكِتَابِ وَأَقِمِ الصَّلَاةَ إِنَّ الصَّلَاةَ تَنْهَى عَنِ الْفَحْشَاء وَالْمُنكَرِ وَلَذِكْرُ اللَّهِ أَكْبَرُ وَاللَّهُ يَعْلَمُ مَا تَصْنَعُونَ
- Sənə vəhy etdiyimiz bu kitabı bağlantıları ilə birlikdə oxu![68] Namazı da düzgün/mütəmadi qıl.[69] Şübhəsiz ki, namaz pozğunçuluqdan[70] və pis şeylərdən çəkindirir. Əlbəttə, Allahın zikri (kitabı)[71] ən önəmlisidir. Allah ortaya qoyduğunuz şeyləri bilir.
وَلَا تُجَادِلُوا أَهْلَ الْكِتَابِ إِلَّا بِالَّتِي هِيَ أَحْسَنُ إِلَّا الَّذِينَ ظَلَمُوا مِنْهُمْ وَقُولُوا آمَنَّا بِالَّذِي أُنزِلَ إِلَيْنَا وَأُنزِلَ إِلَيْكُمْ وَإِلَهُنَا وَإِلَهُكُمْ وَاحِدٌ وَنَحْنُ لَهُ مُسْلِمُونَ
- Əhli kitabla/kitablarında mütəxəssis olanlarla[72] ən gözəl şəkildə mucadilə edin, ancaq zalım olanları xaric.[73] Onlara deyin ki: “Biz, bizə nazil olana da sizə nazil olana da inanıb güvəndik. Bizim ilahımızla sizin ilahınız birdir. Biz yalnız müsəlman/Ona təslim olmuş kəslərik.”[74]
وَكَذَلِكَ أَنزَلْنَا إِلَيْكَ الْكِتَابَ فَالَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يُؤْمِنُونَ بِهِ وَمِنْ هَؤُلَاء مَن يُؤْمِنُ بِهِ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الْكَافِرُونَ
- Onlara nazil etdiyimiz kimi sənə də bu kitabı nazil etdik. Kitab verdiklərimiz buna (Qurana) da inanırlar.[75] Bunlardan da (Məkkəlilərdən) ona inananlar olacaqdır. Ayələrimizi yalnız kafirlər inkar edərlər.[76]
وَمَا كُنتَ تَتْلُو مِن قَبْلِهِ مِن كِتَابٍ وَلَا تَخُطُّهُ بِيَمِينِكَ إِذًا لَّارْتَابَ الْمُبْطِلُونَ
- Sən bundan (Qurandan) öncə (ilahi) bir kitabı nə oxumuş nə də əlinlə yazmışdın. Belə olsaydı batilə dalanlar əlbəttə şübhəyə düşərdilər.[77]
بَلْ هُوَ آيَاتٌ بَيِّنَاتٌ فِي صُدُورِ الَّذِينَ أُوتُوا الْعِلْمَ وَمَا يَجْحَدُ بِآيَاتِنَا إِلَّا الظَّالِمُونَ
- Əslində Quran, (ilahi kitablar haqqında) özlərinə elm verilənlərin könlünə sinmiş açıq-aşkar ayələrdir. Ayələrimizi yalnız zalımlar inkar edərlər.[78]
وَقَالُوا لَوْلَا أُنزِلَ عَلَيْهِ آيَاتٌ مِّن رَّبِّهِ قُلْ إِنَّمَا الْآيَاتُ عِندَ اللَّهِ وَإِنَّمَا أَنَا نَذِيرٌ مُّبِينٌ
- Onlar: “Ona Rəbbindən ayələr/möcüzələr nazil olmalı deyildimi?” – dedilər. De ki: “Möcüzələr yalnız Allah qatındandır! Mən isə yalnız açıq-aşkar bir xəbərdar edənəm.”[79]
أَوَلَمْ يَكْفِهِمْ أَنَّا أَنزَلْنَا عَلَيْكَ الْكِتَابَ يُتْلَى عَلَيْهِمْ إِنَّ فِي ذَلِكَ لَرَحْمَةً وَذِكْرَى لِقَوْمٍ يُؤْمِنُونَ
- Özlərinə bağlantıları ilə birlikdə oxunan bu kitabı sənə nazil etməyimiz (möcüzə olaraq) onlara kifayət deyilmi?[80] Bu kitabda inanıb güvənən bir xalq üçün əlbəttə bir rəhmət və ağıllarında tutmaları lazım olan bir bilik vardır.[81]
قُلْ كَفَى بِاللَّهِ بَيْنِي وَبَيْنَكُمْ شَهِيدًا يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَالْأَرْضِ وَالَّذِينَ آمَنُوا بِالْبَاطِلِ وَكَفَرُوا بِاللَّهِ أُوْلَئِكَ هُمُ الْخَاسِرُونَ
- De ki: “Mənimlə sizin aranızda Allahın şahid olması kifayət edər.[82] O, göylərdə və yerdə olanı bilir.” Batilə inanıb Allahı görməzdən gələnlər ki var, onlar ziyana uğrayanlardır.[83]
وَيَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَلَوْلَا أَجَلٌ مُّسَمًّى لَجَاءهُمُ الْعَذَابُ وَلَيَأْتِيَنَّهُم بَغْتَةً وَهُمْ لَا يَشْعُرُونَ
- Səndən əzabın tez gəlməsini istəyirlər. Əgər müəyyən edilmiş bir zamanı olmasaydı, o əzab əlbəttə onlara gələrdi. Şübhəsiz ki, o əzab onlara mütləq anidən gələcək və özləri də bunu hiss etməyəcəklər.[84]
يَسْتَعْجِلُونَكَ بِالْعَذَابِ وَإِنَّ جَهَنَّمَ لَمُحِيطَةٌ بِالْكَافِرِينَ
- Səndən əzabın təcili gəlməsini istəyirlər. Şübhəsiz ki, cəhənnəm kafirləri hər tərəfdən əhatə edəcəkdir.[85]
يَوْمَ يَغْشَاهُمُ الْعَذَابُ مِن فَوْقِهِمْ وَمِن تَحْتِ أَرْجُلِهِمْ وَيَقُولُ ذُوقُوا مَا كُنتُمْ تَعْمَلُونَ
- O gün əzab onları üstlərindən və ayaqlarının altından bürüyəcəkdir. (Allah) onlara belə deyəcək: “Etdiyiniz əməllərin cəzasını dadın!”[86]
يَا عِبَادِيَ الَّذِينَ آمَنُوا إِنَّ أَرْضِي وَاسِعَةٌ فَإِيَّايَ فَاعْبُدُونِ
- Ey inanıb güvənən bəndələrim! Şübhəsiz ki, Mənim yerim genişdir. Elə isə, siz yalnız Mənə qulluq edin![87]
كُلُّ نَفْسٍ ذَائِقَةُ الْمَوْتِ ثُمَّ إِلَيْنَا تُرْجَعُونَ
- Hər canlı ölümü dadacaqdır. Sonra huzurumuza çıxarılacaqsınız.[88]
وَالَّذِينَ آمَنُوا وَعَمِلُوا الصَّالِحَاتِ لَنُبَوِّئَنَّهُم مِّنَ الْجَنَّةِ غُرَفًا تَجْرِي مِن تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا نِعْمَ أَجْرُ الْعَامِلِينَ
- İnanıb güvənən və xeyirxah işlər görənləri, mütləq içindən çaylar axan cənnət köşklərinə yerləşdirəcəyik. Orada həmişəlik olaraq qalacaqlar. O (xeyirxah) işləri görənlərin mükafatı nə gözəldir![89]
الَّذِينَ صَبَرُوا وَعَلَى رَبِّهِمْ يَتَوَكَّلُونَ
- Onlar səbr edən/dirayətli və Rəbbinə təvəkkül edən/güvənən kəslərdir.[90]
وَكَأَيِّن مِن دَابَّةٍ لَا تَحْمِلُ رِزْقَهَا اللَّهُ يَرْزُقُهَا وَإِيَّاكُمْ وَهُوَ السَّمِيعُ الْعَلِيمُ
- Hərəkət edən elə canlılar var ki, ruzisini (yanında) daşımaz. Allah onların da ruzisini verir, sizin də. O eşidəndir, biləndir.[91]
وَلَئِن سَأَلْتَهُم مَّنْ خَلَقَ السَّمَاوَاتِ وَالْأَرْضَ وَسَخَّرَ الشَّمْسَ وَالْقَمَرَ لَيَقُولُنَّ اللَّهُ فَأَنَّى يُؤْفَكُونَ
- Əgər onlardan: “Göyləri və yeri yaradan, günəşi və ayı ram edən kimdir?” – deyə soruşsan, şübhəsiz ki, “Allahdır!” – deyərlər. Elə isə nəyə görə yalana sürüklənirlər?[92]
اللَّهُ يَبْسُطُ الرِّزْقَ لِمَن يَشَاء مِنْ عِبَادِهِ وَيَقْدِرُ لَهُ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
- Allah, bəndələrindən lazım gördüyü kimsəyə[93] ruzisini genişlədər də artırar da.[94] Şübhəsiz, Allah hər şeyi biləndir.
وَلَئِن سَأَلْتَهُم مَّن نَّزَّلَ مِنَ السَّمَاء مَاء فَأَحْيَا بِهِ الْأَرْضَ مِن بَعْدِ مَوْتِهَا لَيَقُولُنَّ اللَّهُ قُلِ الْحَمْدُ لِلَّهِ بَلْ أَكْثَرُهُمْ لَا يَعْقِلُونَ
- Əgər sən onlara: “Göydən su endirib ölmüş bir torpağı sonradan o su ilə canlandıran kimdir?” – deyə, soruşsan yenə “Allahdır!” – deyərlər.[95] De ki: “Həmd olsun Allaha!”[96] Həqiqətən, onlar ağıllarını işlətməzlər.
وَمَا هَذِهِ الْحَيَاةُ الدُّنْيَا إِلَّا لَهْوٌ وَلَعِبٌ وَإِنَّ الدَّارَ الْآخِرَةَ لَهِيَ الْحَيَوَانُ لَوْ كَانُوا يَعْلَمُونَ
- Bu dünya həyatı oyun və əyləncədən başqa bir şey deyil! Axirət yurdundakı həyat isə, əsl həyatdır. Kaş bunu biləydilər![97]
فَإِذَا رَكِبُوا فِي الْفُلْكِ دَعَوُا اللَّهَ مُخْلِصِينَ لَهُ الدِّينَ فَلَمَّا نَجَّاهُمْ إِلَى الْبَرِّ إِذَا هُمْ يُشْرِكُونَ
- Gəmiyə mindikləri zaman (bir təhlükə olunca) dini Allaha məxsus edərək /bir şey qatmadan yalnız Ona yalvarırlar. Onları qurtarıb quruya çıxaran kimi, yenə də (Ona) şərik qoşarlar.[98]
لِيَكْفُرُوا بِمَا آتَيْنَاهُمْ وَلِيَتَمَتَّعُوا فَسَوْفَ يَعْلَمُونَ
- Qoy onlara verdiyimiz şeylərə qarşı nankorluq etsinlər və keçici nemətlərlə səfalarını sürsünlər! Tezliklə biləcəklər![99]
أَوَلَمْ يَرَوْا أَنَّا جَعَلْنَا حَرَمًا آمِنًا وَيُتَخَطَّفُ النَّاسُ مِنْ حَوْلِهِمْ أَفَبِالْبَاطِلِ يُؤْمِنُونَ وَبِنِعْمَةِ اللَّهِ يَكْفُرُونَ
- Ətraflarındakı insanlar zorla tutulub götürüldükləri halda, Biz (Məkkəni) onlar üçün əmin/güvənli bir Harəm (toxunulmaz yer) etdiyimizi görmədilərmi?[100] Belə bir halda batilə inanıb Allahın nemətinə qarşı nankorluqmu edirlər?
وَمَنْ أَظْلَمُ مِمَّنِ افْتَرَى عَلَى اللَّهِ كَذِبًا أَوْ كَذَّبَ بِالْحَقِّ لَمَّا جَاءهُ أَلَيْسَ فِي جَهَنَّمَ مَثْوًى لِّلْكَافِرِينَ
- Allaha qarşı yalan uyduran və ya özünə haqq gəldikdə onu yalanlayan kəsdən daha zalım kim ola bilər? Kafirlər üçün cəhənnəmdə yermi yoxdur?[101]
وَالَّذِينَ جَاهَدُوا فِينَا لَنَهْدِيَنَّهُمْ سُبُلَنَا وَإِنَّ اللَّهَ لَمَعَ الْمُحْسِنِينَ
- Biz, uğrumuzda cihad edənləri/cəhd edənləri,[102] mütləq Öz yollarımıza yönəldərik. Şübhəsiz ki, Allah yaxşı işlər görənlərlə bərabərdir.[103]
[1] Bunlara “hurufu muqatta”, yəni tək-tək oxunan hərflər deyilir. Bunların Nəbimizdən soruşulmaması, onların bilinən bir mənası olduğunu göstərir. Yoxsa müşriklər bunu dillərinə dolayar, Nəbimizi hər zaman rahatsız edərdilər. Bu hərflərlə əlaqəli suallar, İslamın Ərəbistan yarımadası xaricinə yayılmasından sonra başlamışdır. Türkcədə belə bir ifadə tərzi yoxdur. Bu hərflərlə başlayan 29 surədən 25-ində Qurana, dördündə də mühüm bir mövzuya diqqət çəkməsi, onların diqqətlərini cəlb etmək üçün işlədildiyi başa düşülür (Doğrusunu Allah bilir).
[2] “Fitnə”, qızılı içindəki xam maddələrdən ayırmaq üçün atəşə soxmaqdır (Müfrədat). Quranda bu kəlmə “imtahan, aldatma, cəhənnəm əzabı və savaş” kimi anlamlara gəlir (Əraf 7/155, Əraf 7/27, Zariyat 51/10-14, Bəqərə 2/216)
[3] Bəqərə 2/155, 214, Ali İmran 3/142, Tövbə 9/16, Nur 24/47-50, Qiyamət 75/36.
[4] Ali İmran 3/167, Muhamməd 47/31.
[5] Ənfal 8/59, Nahl 16/45-47.
[6] Casiyə 45/21.
[7] Kəhf 18/110.
[8] Cihad (جهاد), düşmənin, şeytanın təsirinə qarşı gəlib, Allahın əmrinə uymaq üçün aparılan hər cür mübarizədir (Müfrədat). Allah yolunda savaş, cihadın çox mühüm bir parçasıdır.
[9] İsra 17/15, Zümər 39/41.
[10] Ali İmran 3/195, Ənfal 8/29, Nahl 16/96-97, Kəhf 18/88, Təğabün 64/9.
[11] İsra 17/23-24, Loğman 31/14, Əhkaf 46/15.
[12] Nisa 4/69, Fəcr 89/27-30.
[13] Həcc 22/11-15.
[14] Saffat 37/28.
[15] Nahl 16/25.
[16] Nuh qissəsi ilə bağlı ətraflı məlumat üçün bax: Əraf 7/59-64, Yunus 10/71-73, Hud 11/25-48, Müminun 23/23-30, Şuara 26/105-122, Saffat 37/75-82, Qəmər 54/9-16, Nuh 71/1-28.
[17] Tövratda Nuh əleyhissəlamın 500 yaşında olduğu halda övladı olduğu (Yaradılış 5/32) və ümumiyyətlə 950 il yaşadığı bildirilməkdədir (Yaradılış 9/28-29). Bundan əlavə Nuhun ata-babaları olan Adəm, Şit, Enos kimi bir çox peyğəmbərlər 895 ilə 962 il arası yaşadıqları və o dövrlərdə insanların indikilərdən daha uzun yaşadıqları yazılmaqda və söylənməkdədir (Yaradılış 5/3-20)
[18] Əraf 7/64, Yunus 10/73, Ənbiya 21/77, Furqan 25/37, Şuara 26/120, Saffat 37/82.
[19] Furqan 25/37, Qəmər 54/9-15, Hədid 57/26, Haqqa 69/11-12.
[20] Ənam 6/74–81, Məryəm 19/41–50, Ənbiya 21/51–73, Şuara 26/69-89.
[21] “Bütləşdirdikləriniz” deyə məal verdiyimiz “əvsan (أَوْثان)”, “vesen (وثن)” sözünün cəmidir. Vesen, təkcə maddi büt olan “sanem (صنم)- dən fərqli olaraq istər maddi istərsə mənəvi olaraq ilahlaşdırılmış hər cür varlığı göstərir (Lisanul Ərəb)
[22] Ankəbut 29/25.
[23] Maidə 5/76, Nahl 16/73.
[24] Yunus 10/31, Səbə 34/24, Fatır 35/3, Mülk 67/21.
[25] Yunus 10/39, Həcc 22/42-44, Səbə 34/45, Fatır 35/25, Zümər 39/25, Mülk 67/18.
[26] Maidə 5/92, 99, Nur 24/54, Təğabün 64/12.
[27] Yunus 10/4, 34; Neml 27/64; Rum 30/11, 27.
[28] Ənbiya 21/30, Fussilət 41/9-12.
[29] Ayədəki “fâtır (فاطر)” bir şeyi bölən mənasındadır (Lisanul Ərəb). Allah bütün varlıqları bölünmə qanuna görə yaratmışdır (İsra 17/51; Rum 30/30; Şura 42/11).
[30] “Şaə” ( شاء ) feili “bir şey etmək” mənasındakı şey ( شيء) məsdərindən törəmişdir. Allahın bir şey etməsi o şeyi var etməsi, insanın bir şey etməsi də o şey üçün lazım olan səyi göstərməsidir (“Mufrədat”). Allah, hər şeyi bir ölçüyə görə var edər (Qəmər 54/49, Rad 13/48). Allah hər kəsin doğru yolda olmasını istəyər (Nisa 4/26) amma təkcə doğru işlər görəni doğru yolda sayar (Nur 24/46). Buna görə “şaə” feilinin icraçısı bəndə olarsa “seçib etdi”, Allah olarsa, “seçib yaratdı” mənasına gəlir. Allah, insanlara seçimlərinə görə davranma hürriyyəti verməsəydi, heç kimsə yanlış bir iş görə bilməz və imtahan deyə də bir şey olmazdı (Nəhl 16/93, Yunus 10/99). Yanlış bir qədər anlayışını İslama yerləşdirmək istəyənlər, böyük bir təhrifə yol verərək şaə ( شاء ) feilinə hər yerdə iradə yəni “istəmək və diləmək” mənasını vermiş və bunu təfsirlərə hətta sözlüklərə belə yerləşdirərək, bir çox ayənin məalını pozmuşlar.
[31] Bəqərə 2/284, Ali İmran 3/129, Maidə 5/40, Fətih 48/14.
[32] Nur 24/57, Fatır 35/44, Şura 42/31.
[33] Yusuf 12/87, Hicr 15/56.
[34] Kəhf 18/103-106.
[35] Ənbiya 21/68-72, Saffat 37/97-98.
[36] Bəqərə 2/165-167, Əraf 7/38, Əhzab 33/66-68, Əhqaf 46/5-6.
[37] Ənbiya 21/71, Saffat 37/99. Bu mövzu Tövratın “Yaradılış 12/1-3” bölümündə də keçər.
[38] Bu ifadə İbrahim əleyhissəlamın öz nəvəsi olan Yaqubu gördüyünü göstərir (Hud 11/71, Məryəm 19/49, Ənbiya 21/72, Sad 38/45–48, Saffat 37/101–113).
[39] Hədid 57/26.
[40] Bəqərə 2/130, Nahl 16/120-122.
[41] Lut əleyhissəlamın qissəsi haqqında ətraflı məlumat üçün bax: Əraf 7/80-84, Hud 11/77–83, Hicr 15/61–77, Ənbiya 21/74–75, Şuara 26/160–174, Nəml 27/54–58, Ankəbut 29/28–35, Saffat 37/133–138, Zariyat 51/31–37, Qəmər 54/33–40.
[42] “Homoseksuallıq” deyə məal verdiyimiz kəlmə “الْفَاحِشَةَ” –dir. Bu kəlmə eyni həmçinin “lezbiyənlik və zina” anlamında da keçər (Nisa 4/15–16, Ənam 6/151, Əraf 7/33, Şûra 42/37, Nəcm 53/32).
[43] Lut xalqı bu pozğun işi açıq-aşkar xalqın arasında və kənarda qalanları da məcbur edərək, təşkilatlı bir şəkildə edirdilər (Əraf 7/80, Hud 11/78-79, Hicr 15/67-70, Nəml 27/54, Qəmər 54/37). Belə bir pozğunçuluqda heç bir xalq onlar qədər irəli getməmişdi.
[44] Əraf 7/81-82, Şuara 26/165-167, Nəml 27/55-56.
[45] Şuara 26/169.
[46] Hud 11/69, Zariyat 51/24-30
[47] Hicr 15/57-60, Zariyat 51/31-37.
[48] Hud 11/74-76.
[49] “Bədəninin qalıntısı qalacaq” deyə məna verdiyimiz kəlmə “ğabir (غابر)” dir. Ğabir, geridə qalmaq deməkdir (Lisanul Ərəb). Bu kəlmə təkcə Lut xalqı və Lutun arvadı barədə tam yeddi dəfə keçər. Onların hamısı, volkanik dağların patlaması nəticəsində lav külləri altında qalmışlar (Əraf 7/83-84, Hicr 15/60, Şuəra 26/171-174, Ənkəbut 29/32–35, Saffat 37/135-138). Quranda volkanik patlama ilə həlak olan xalqdan digər biri “Əshabul-Fil”dir. Orada “ğabir” yerinə “içi yeyilib qalan qabıq kimi” ifadəsi işlədilmişdir (Fil 105/5).
[50] Hud 11/77.
[51] Ğâbir (غابر) üçün bax: Akəbut 29/32- ayənin dipnotu.
[52] Hicr 15/63-64.
[53] Hud 11/83, Hicr 15/74-77, Zariyat 51/37.
[54] Şueyb əleyhissəlamın qissəsi barədə bax: Əraf 7/85–93, Hud 11/84-95, Hicr 15/78–79, Şuara 26/176–191, Ankəbut 29/36–37.
[55] Əraf 7/91-92, Hud 11/94, Şuara 26/189.
[56] İbrahim 14/9, 45, Şuara 26/41, Fussilət 41/15-18, Nəcm 53/50-52, Haqqa 69/4-8.
[57] Ali İmran 3/11, Əraf 7/103, Ənfal 8/52, 54, Yunus 10/75, Qasas 28/39.
[58] Hicr 15/74, Qəmər 54/34.
[59] Hud 11/66-67, 94, Hicr 15/83, 93, Muminun 23/41, Qəmər 54/31.
[60] Qasas 28/81.
[61] Bəqərə 2/50, Əraf 7/64, Ənfal 8/54, Yunus 10/73, Şuara 26/65-66, 120, Saffat 37/81-82.
[62] Ali İmran 3/182, Mümin 40/31, Fussilət 41/46.
[63] Allah ilə öz aralarına qoyduqları övliyadan kömək istəyən və onları yardıma çağıranların misalı, hörümçək yuvasındakılara bənzədilmişdir. Yəni, heç bir təhlükəsizlik qarantiyası yoxdur (Yasin 36/74-75). Övliya deyə, yapışdıqları adamlar axirətdə onların qarşısında duracaqdır (Məryəm 19/81-82). Ayədə hörümçəyin torundan deyil, dişi hörümçəyin yuvasından bəhs etməkdədir. “Dişi hörümçək, yeməyə başqa bir şey tapmadığı və acdığı zaman öz erkəyini, hətta yuvadaki balalarını belə yeyir. Bəzi hörümçək cinsləri isə öz anasını və bacı-qardaşlarını yeyir. Bu səbəblə hörümçək yuvası öz cinsləri üçün həm təhlükəli həm də etibarsızdır (Sırrı Kar, “Arenese (Hörümçəklər)”, Artropolodolojiyası, Z. Karaer, N. Dumanlı (Medisan nəşr, s. 59-66, 2015). Bu cür bənzətmə Tövratda da vardır (Eyub 8/13-15).
[64] Ali İmran 3/5.
[65] Allah hər mövzuda misal gətirir (İsra 17/89, Kehf 18/45, Rum 30/58, Zümər 39/27). O misalları doğru başa düşmək və doğru biliyə yiyələnmək üçün ayələr arasındaki bağı doğru qurmaq lazımdır.
[66] Allah, göyləri, yeri və içindəkiləri “haqq ilə” onu əzəmətinə uyğun ən gözəl bir şəkildə adına layiq. Necə ki, Allahın adlarından biri də “Haqqdır”. Əsər, sahibinin kim olduğunu göstərir şəkildə. Həmçinin yaradılışın bir qayəsi də bizi və cinləri imtahan etmək üçündür (Mülk 67/2-4).
[67] Ankəbut 29/61,63, 65.
[68] Kehf 18/27, Neml 27/92. Tilavət kəlməsinin kökü olan t-l-v (تلو), “birdən çox şeyin, aralarına öz cinslərindən olmayan bir şey qarışmayacaq şəkildə arxa-arxaya sıralanması” mənasındadır (Müfrədat) Buna görə tilavət, bir-biri ilə bağlantılı ayələri birlikdə oxumaqdır (Nəml 27/92, Ənkəbud 29/45).
[69] Bəqərə 2/238, Hud 11/114, İsra 17/78, Müminun 23/9, Məaric 70/22-23.
[70] “Pozğunçuluq” deyə məal verdiyimiz kəlmə “fəhşa” kəlməsidir. Bizdə zinakar qadınlarla əlaqəli bu kəlmə işlədilir və onlara “fahişə” deyilir. Lakin ərəbcə bu kəlmə cinsi günahlarla yanaşı, hər cür çirkin iş və sözdə həddi aşana da deyildiyi üçün bu cür məal verməyi uyğun gördük.
[71] Zikr, əlaqələri ilə birlikdə düşünülüb öyrənilən doğru biliyi istifadəyə hazır tutmaq, ağla gətirmək və ya söyləməkdir (Mufrədat). Doğru biliyin mənbəyi, Allahın ayələridir. Allahın ayələri isə iki cürdür; Allahın yaratdığı ayələr (təbiət) və nazil etdiyi ayələr (Quran). Hər ikisindən əldə edilən doğru bilik zikirdir (Ənbiya 21/24, Ənam 6/80). İnsanı ancaq bu bilik rahatladır (Rad 13/28). Allahı zikr etmək; onu, kitabını və yaratdığı ayələri diqqətə almaq, ağıldan çıxarmamaq və onların üzərində düşünməkdir. İnsan bunlardan bildiyi qədəriylə məsuliyyət daşıyır (Bəqərə 2/209).
[72] Ali İmran 3/64, Nahl 16/125.
[73] Mumtəhinə 60/9.
[74] Bəqərə 2/135-137, Ali İmran 3/84, Maidə 5/59.
[75] Əhli kitabdan olanlar, Quranın mühtəvasına baxanda öz kitablarını təsdiq etdiklərini görür və onun Allahın kitabı olduğunu başa düşər və inanar. Onlardan bəziləri daha sonra öz mənfəətlərinə qapılaraq Qurana qarşı çıxar və müsəlmanlara düşmən kəsilərək kafir olurlar (Bəqərə 2/89-90, 101, 121, Maidə 5/83-84, Qasas 28/52). Bir çoxu da nə öz kitablarının nə də Quranın mahiyyətindən xəbərsiz şəkildə zənnə qapılıb gedirlər (Bəqərə 2/78, Ənam 6/116).
[76] Loğman 31/32.
[77] Muhəmməd əleyhissəlam, Quran nazil olana qədər heç bir ilahi kitab oxumamışdır.
[78] Ankəbut 29/47.
[79] Yunus 10/20, Hud 11/12, Rad 13/7, 27, İsra 17/90-93, Furqan 25/7-8.
[80] Nisa 4/82, Rad 13/43, Nahl 16/64, Şuara 26/192-200. Nəbimizin belə buyurduğu rəvayət edilmişdir: “Hər Nəbiyə insanların inanması üçün bir möcüzə verilmişdir. Mənə verilən möcüzə isə vəhydir/Qurandır…” (Buxari, Fəzailul Quran 1). Uca Allah Quranı Özü qiyamətə qədər qoruyacağı üçün möcüzəliyi də davam edəcəkdir. Quran olduqca, Muhəmməd əleyhissəlamın Allahın elçisi olduğuna inanma məcburiyyəti də davam edəcək və yeni bir elçiyə, möcüzəyə ehtiyac qalmayacaqdır.
[81] Ənam 6/90, Əraf 7/2-3, Zariyat 51/55.
[82] Nisa 4/166, Rad 13/43.
[83] Zümər 39/63.
[84] Ənam 6/57–58, Yunus 10/50–51, Nahl 16/1, Həcc 22/47
[85] Tövbə 9/54.
[86] Əraf 7/40-41, İbrahim 14/49-50, Zümər 39/15-16, Hüməzə 104/8.
[87] Kafirlərin təzyiqi altına qalan müsəlmanların öz torpaqlarından ayrılıb uyğun yerlərə hicrət etmələrinə icazə verilmişdir. Bunu İbrahim və Muhəmməd əleyhissəlamın başına gələnlərdən görürük (Nisa 4/97, Tövbə 9/40, Qasas 28/97-99, Zümər 39/10, Mümtahinə 60/4-5).
[88] Ali İmran 3/185, Ənbiya 21/35, Vaqiə 56/60.
[89] Nisa 4/57, 122, Tövbə 9/72, İbrahim 14/23, Taha 20/75-76, Zümər 39/20, Hədid 57/12, Təğabun 64/9, Talaq 65/11, Bəyyinə 98/7-8.
[90] Rad 13/22-24, Nahl 16/41-42, 96, Furqan 25/74-75.
[91] Hud 11/6, Hicr 15/20, Zariyat 51/58.
[92] Yunus 10/31, Muminun 23/84-89, Loğman 31/25, Zümər 39/38, Zuxruf 43/9–10, 87.
[93] “Şaə” feili üçün bu surənin 21-ci dipnotuna baxın.
[94] Rad 13/26, İsra 17/30, Qasas 28/82, Rum 30/37, Səbə 34/36, 39, Zümər 39/52, Şura 42/12.
[95] Ankəbut 29/61.
[96] Həmd, birini etdiyi işdən ötrü tərifləməkdir. “Hər cür tərif Aləmlərin Rəbbi Allaha məxsusdur!” demək, Onu ən gözəl tərif etməyin yoludur. Həmd, şükür kəlməsindən daha geniş məna ifadə edir. Quranda Allahı həm digər bütün canlılar həm də insanlar “həmd=tərif” edərlər. Ancaq “şükür” kəlməsi təkcə insanlarla əlaqəlidir. Şükür, daha çox bir şeyin qarşılığını ifadə etmək üçün işlədilir. Buna görə Rəbbimiz “Mənə şükr edin, nankorluq etməyin!” buyurmaqdadır (Bəqərə 2/152).
[97] Buna bənzər ayələr: Ənam 6/32, Muhamməd 47/36, Hədid 57/20.
[98] Ənam 6/63-64, Yunus 10/22-23, İsra 17/67-69, Loğman 31/31-32.
[99] Nahl 16/53-55, Rum 30/33-34.
[100] Bəqərə 2/126, İbrahim 14/35, Qasas 28/57, Tin 95/3, Qüreyş 106/1-4.
[101] Ənam 6/21, 93, Əraf 7/37, Yunus 10/17, Hud 11/18, Zümər 39/32
[102] Cihad üçün bu surənin 6-cı dipnotuna baxın.
[103] Nisa 4/175, Maidə 5/16, Tövbə 9/20-22, 88-89, Həcc 22/54.




