Sual: Özüm suladığım və digər xərclərini özüm çəkdiyim məhsulun nə qədəri zəkata tabedir?
Cavab: Əgər tarla və ya baxçanızı özünüz suladınızsa, bundan əlavə də digər bir çox xərclərini özünüz ödəmisinizsə, onda əldə etdiyiniz məhsulun 10/1-ni yox, 20/1-ni zəkat olaraq verməlisiz. Bu miqdar, qoyduğunuz xərcləri çıxdıqdan sonra əldə etdiyinz məhsuldan verilir. Nəbimiz əleyhissəlam tarla məhsulları ilə əlaqədar belə buyurmuşdur: “Yağışla və çay suları ilə sulanan torpaq məhsullarında “uşr” yəni onda bir, vedrə ilə sulanan torpaq məhsullarında isə “nısf uşr” yəni, yirmidə bir zəkat verilir.[1]”
Uca Allah belə buyurur:
“Ey iman gətirənlər! Qazandıqlarınızın yaxşılarından və sizin üçün yerdən çıxartdıqlarımızdan xeyir işlərə sərf edin. Özünüzə verildiyi təqdirdə ancaq göz yumub alacağınız pis şeylərdən xərcləməyə çalışmayın. Bilin ki, Allah Zəngindir, nə edirsə, gözəlini edir!” (Bəqərə, 2/267).
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:
https://www.muselmanlar.com/fitvalar/1947.html
https://www.muselmanlar.com/fitvalar/3826.html
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.
[1] Buxari, Zəkat 55.