Müsəlmanlar
Kirayədə yaşayanlar zəkat verməlidirlər?

Kirayədə yaşayanlar zəkat verməlidirlər?

Sual: Mən fəhlə işləyirəm. Hər hansı bir malım, mülküm yoxdur. Kirayədə yaşayıram. Heç bir güzəştim və imtiyazım da yoxdur. Keçən il yoldaşım işləyib pul (5000 manat) yığdı. Biz həmin puldan heç xərcləmədik. Belə olan halda, zəkat verməliyik? Əgər verməliyiksə, nə qədər?

Əgər bu dəqiqə əlinizdə 85 qram qızıl və ya bu qədər qızıl almağa çatacaq miqdarda pul varsa (sualınızdan belə başa düşülür ki, sizdə bu məbləğ var) və axırıncı 1 il ərzində ehtiyaclarınızı həmin pula toxunmadan ödəyə bilmisinizsə, pulun 2,5 %-ini zəkat verməlisiniz.

5000 manatın 2,5 %-i 125 manat edir.