Müsəlmanlar

Bir müsəlmanın donuz əti istehsal edilən bir fabrikada çalışması günahmı?

Cavab: Qurani Kərimdə “nəcis” yəni pis hesab olunan donuzun özü deyil, ətidir. Uca Allah, donuzun ətinin yeyilməsini haram etmişdir. Donuzdan məsələn onun piyindən sabun və dərisindən müxtəlif maddələr istehsal olunur ki, bu istehsal müəssələrində işləməkdə bir problem yoxdur.

Donuz ətindən və ya piyindən qida maddələri istehsal edilən bir fabrikada işsiz, məcbur qalan bir müsəlmanın (həmin qida maddələrindən yeməmək şərti ilə) işləməsində də bir problem yoxdur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Mövzu ilə əlaqəli ətraflı sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/tedqiqatlar/950.html

https://www.muselmanlar.com/fitvalar/6567.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.