Sual: Qadın əri ilə 2 ilə yaxın küsülü olaraq bir evdə yaşayır. Onların bu cür, bir-birinə özgə kimi yaşamaları nigahlarını batil edərmi?
Cavab: Küslü olmaq -neçə il olur olsun- nikahı batil etməz. Nikahın batil olması, evlənmək istəyən iki cüt arasında ya evliliklərinə mane olan qohumluq əlaqəsi ya da Allahın əmr etdiyi şəkildə nikah şərtlərinin yerinə gəlməməsi səbəbi ilə olur. Artıq evli olan cütlər arasında nikah sadəcə boşanmaq istəyən cütlər arasında boşandıqları təqdirdə batil olmuş olur.
Küslü olanlar hər ikisi, -hər nə qədər xoş olmasa da- küslülük altında evliliklərini sürdürmək istəyirlərsə, sürdürə bilərlər. Əgər tərəflərdən biri bu şərtlər altında yaşamaq istəmirsə və boşanmaq istəyirsə, artıq o öz haqlarından istifadə edərək boşana bilər. Boşandıqları təqdirdə nikahları batil olmuş olur.
Əgər boşanmaq istəyən kişi isə, Allahın Talaq surəsində əmr etdiyi şərtlərə görə boşanmalıdır. Bu şərtləri saytımızın linkində izah etmişik: https://www.muselmanlar.com/fitvalar/2282.html
Əgər boşanmaq istəyən qadın isə, o da səlahiyyətli orqanlara, məhkəməyə boşanmaq üçün müraciət edə bilər. Əgər evlilikləri qeyri-rəsmi isə evliliyində şahid olanları və ya digər şəxsləri şahid tutaraq boşana bilər. Hər iki halı saytımızın bu linkində göstərmişik: https://www.muselmanlar.com/fitvalar/152.html
Bunu da əlavə edək ki, küsülü qalmaq xoş bir hal deyil və ər-arvad arasında zamanla soyuqluq yaradır. Bu səbəblə peyğəmbərimiz əleyhissəlamın: “Bir müsəlmanın din qardaşı ilə üç gündən artıq küslü qalması halal deyil”, – buyurduğu rəvayət edilir (Buxari “Ədəb”, 62).
Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.
Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.