Müsəlmanlar

Mehrini ərinə bağışlayan qadın daha sonra onu geri istəyə bilərmi?

Sual: Evlənən kişi öz nişanlısına mehir verir. Lakin daha sonra ailədə keçim sıxıntısı olunca kişi həmin mehri avradından istəyir və ondan halallıq alır. Birdən boşandıqları zaman qadın verdiyi mehri ərindən təkrar istəyərsə, kişi o mehri qadına geri qaytarmalıdırmı?

Cavab: Əgər qadın, öz mehrini hər hansı bir təsirə, təzyiqə məruz qalmadan, könül xoşluğu ilə ərinə bağışlamışsa, artıq o mehir, kişinin öz malı halına gəlmiş olur. Bu səbəblə, kişi təkrar ona təzədən mehir verməyə borçlu deyildir.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavabı aşağıdakı linklərdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/6414.html

https://www.muselmanlar.com/fitvalar/5890.html

Yeni suallarınızıhttp://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.