Müsəlmanlar

İslamda uşağa ad qoyma haqqı kimə aiddir?

Cavab: İslamda ad qoyma haqqı hər hansı bir şəxsə verilməyib. Uşağın yaxınları istər özləri ad qoyar, istərlərsə də bir başqasına öz uşaqları üçün ad qoydura bilərlər.

Əlbəttə uşaqlara ad qoyanda gözəl adlar seçib qoymaq lazımdır. Bunun üçün ata-ana və digər yaxınlar buna diqqət etməlidirlər. Cəmiyyətdə xoş qarşılanacaq, milli-mənəvi dəyərlərinə uyğun adlar qoymaq lazımdır ki, uşaq böyüyəndə öz adı ucbatından psixoloji əziyyətə və təsirlərə məruz qalmasın.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Uşaqlara veriləcək adlar barədə məlumat əldə etmək üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6265.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.