Müsəlmanlar

İnsanlardan biri mən şiəyəm digəri mən sünniyəm deyir. İslamı qəbul edənlərin özlərini bu cür tanıtması nə qədər doğru nə qədər xoş ola bilər?

Cavab: Uca Rəbbimiz bizə Adəmdən bəri tək bir ad verib, müsəlman:

“O, həm daha əvvəl (gələn kitablarda), həm də bunda (Quranda) sizi “müsəlmanlar” adlandırdı…” (Həcc 22/78).

Buna görə də Allaha və kitabına inanan bir insanın mən sadəcə müsəlmanam deməsi əvəzinə mən sünni ya da şiəyəm deməsi, çox iyrənc və bu ümmət üçün acı bir fəlakətdir. Artıq bir cəmiyyət üçün bundan böyük bir fitnə bəla problem ola bilməz. Allahın verdiyi adı kifayət görməyib, özlərinə ayrı ad, yol seçənlər eyni zamanda Allahın qəzəbinə düçar olması və parçalanması qaçınılmazdır.

Peyğəmbərimiz əleyhissəlam və səhabəsi nə sünni nə də şiə deyildi. Eyni ilə İsa əleyhissəlam, nə Katolik nə Ortodoks deyildi, sadəcə müsəlman idi. Müsəlman, Allaha təslim olan deməkdir. Biz də əgər Allaha təslim olmuşuqsa,təkcə bu adla kifayətlənməliyik. Çünki, birlik-bərabərlik, Allahın rizası ancaq bu yolla qazanılır. Əksi təqdirdə biz də Allahın qəzəbinə düçar olarıq və bizdən əvvəlki ümmətlər kimi yoldan çıxarıq.

Uca Rəbbimiz Quranda belə buyurur:

Dinlərini parçalayan və firqələrə ayrılanlardan olmayın! Hər firqə özündəki ilə sevinir” (Furqan 30/32).

“Ona görə də sənə vəhy olunandan möhkəm yapış! Həqiqətən, sən doğru yoldasan. Şübhəsiz ki, o (Quran) həm sənin üçün, həm də qövmün üçün doğru bir yoldur. Siz bundan sorğu-sual olunacaqsınız.” (Zuxruf 43-44)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linklərə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/13752.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.