Müsəlmanlar

Məzhəblərin yaranmasının əsas səbəbləri nələrdir?

 Cavab: Bu barədə “Məzhəblər, dinlər tarixi” kitablarında doğru-əyri kifayət qədər məlumat var. Biz burada əsas üç səbəbi diqqətinizə çatdıra bilərik:

– İlk səbəb; Quranı əksik görmələridir. Yəni, onlara görə Quranda dinə aid əsas məsələlərin bir qismi, halal və haramların bir çoxu bildirilməyib. Bunların bir qismini peyğəmbərimiz əleyhissəlam açıqlayıb, bir qismini də alimlərə buraxmışdır. Nəticədə “Hədis” və “İcma” deyə iki əlavə mənbə icad etmiş və hər təriqət mənsubu da özünə uyğun rəvayətləri ələ alaraq, görüş bəyan etmiş və beləcə  müxtəlif məzhəblər, görüşlər ortaya qoymuşlar.

Artıq ondan sonra dində tək söz sahibi Allah deyil, peyğəmbər, imamlar və müctəhidlər də söz və səlahiyyət sahibi olmuşdur. Bu cür dini mənimsəmiş din xadimləri, özlərindən əvvəlki yəhudi və xristian din xadimləri kimi öz xalqına: “Siz Allahdan gələn kitabı başa düşməzsiz!” dedilər. Onlar da Quranı anlayaraq oxumağı tərk etdilər[1] və gördüyünüz kimi hələ də oxumurlar və kor koruna bu məzhəblərin birini seçib onların arxasına düşdülər. Hətta çoxu artıq bir məzhəbi deyil, xoşuna gələn alimi, ayətullahı ya da bir mollanı təqlid edir.

– İkinci səbəb; Quranı quran kimi oxumamaları. Yəni, mövzu ilə bağlı bütün ayələri bir araya gətirib oxumamalarıdır. Buna Quranı anlama metodu deyirik. Belə etmədikləri üçün hər hansı məsələdə din xadimləri əsrlərdir ya özlərindən əvvəlkilərin dediklərini təkrarlamış ya da öz düşüncələrinə uyğun ayələri ələ alıb hökm çıxarmışlar. Öz görüşlərinə uyğun olmayan ayələrin də bir qismini nəsx etmişlər, yəni hökmü qaldırılmışdır, dedilər. Bəzən bir ayə ilə hökm vermək üçün yüzlərlə ayəni nəsx etmişlər.

– Üçüncü əsas səbəb; Tarixi hadisələrdir. Əməvilərin zülmü ilə başlayan hadisələr, iki üzdən iraq məzhəbin yaranmasına zəmin hazırlayır. Sünniliyin və Şiəliyin yaranmasının ən böyük səbəblərindən biri məhz bu hadisələrdir: Hakimiyyət uğruna gedən mübarizələr və əhli beytin başına gələn müsibətlər.

Nəticə etibarı ilə; nə Sünnilik nə də Şiəlik özbaşına səbəbsiz yerə ortaya çıxmamışdır. Sünniliyin meydana gəlməsində şiəliyin, şiəliyin meydana gəlməsində də sünniliyin təsiri böyükdür.

Əməvilərin təməlini qoyduğu Sünniliyi, Abbasilər sistemləşdirildi və sonradan gələn din xadimləri də onları təqlid etdilər.

Şiəliyin yaranmasında da Əməvilərin rolu böyükdür. Onların zülmündən əhli beyti tərəfdarları yəni şiələr yarandı. Sonra bu qarşıdurma münafiq Məcusilər tərəfindən sistemləşdirildi. Nəticədə din, imamların xilafət davasına endirildi və Quran ayələrinin bir qisminin məhz bu imamları tərif etmək, bir qisminin də düşmənlərini məzəmmət etmək üçün nazil olduğuna inandılar. Beləliklə şəxsləri müqəddəsləşdirən Məcusiliyin İslam adı altında yeni prototipini yaratdılar.

Yaranan hər iki qrup sonradan sistemləşib siyasi xarakter almışdır. Hər bir tərəf özünü haqlı göstərmək üçün bu tarixi hadisələrdən ya da Quran və hədislərdən dəlillər gətirmiş, dəlil olmayınca da onu uydurmağa başlamışlar. Beləliklə Quran, öz əqidələri əsasında təfsir edilmiş, öz əqidələri əsasında hədislər alınmış və nəticədə yeni din, yeni məzhəb ortaya çıxarılmışdır. Bu məzhəblər, Qurandan yana olanları deyil, sadəcə öz tərəflərində olanları haqlı görmüşlər. Qısacası bu ümmətin böyük əksəriyyəti, özlərindən əvvəlkilər kimi Allahın kitabına xəyanət etmiş və müxtəlif məzhəblərə bölünərək, hər biri öz firqəsi ilə öyünməyə başlamışdır:

“Ey iman gətirənlər, bilə-bilə Allaha, Elçisinə və öz aranızdakı əmanətlərinizə xəyanət etməyin!” (Ənfal 7/27).

Dinlərini parçalayan və firqələrə ayrılanlardan olmayın! Hər firqə özündəki ilə sevinir” (Furqan 30/32).

Acınacaqlı olan budur ki; firqələrə ayrılan bu ümmətdən heç kim özünü bunlardan biri olaraq görmür. Görmədikləri üçün və əllərində olan tərtəmiz qaynağa (Qurana) yönəlmədikləri və ona sarılmadıqları üçünhər əsrdə daha çox məzhəb və firqələrə bölünməkdə, daha çox bəla və müsibətlərə məruz qalmaqdadırlar.

Mövzuyla bağlı oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/genel/14225.html

https://www.muselmanlar.com/elanlar-xeberler/13752.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] “Elçi deyəcək: “Ey Rəbbim! Qövmüm bu Quranı tərk etdi!” (Furqan 25/30).