Müsəlmanlar

Dua nədir? Dua etməyin mənası.

Sual: Biz nə üçün dua edirik? Dua etməklə işlərimiz düzəlirmi?

Cavab: Dua sözü ərəbcə “kömək, çağırmaq, yalvarmaq” mənalarına gəlir. Hər çağrışımızın, hər yalvarışımızın ərəbcəsi dua anlamına gəlir.

Bizim dilimizdə dua etmək deyəndə, əl açıb yalvarmaq olaraq yəni daha dar çərçivədə başa düşülür. Halbuki namaz da bir duadır və digər ibadətlər, Allaha yönəlmələr, insanların bir-biri ilə olan yardımlaşması da bir dua anlamına gəlir. Bu səbəblə Uca Allah, “De ki: Duanız olmasa Rəbbin sizə nə deyə dəyər versin ki?!” buyurmaqdadır (Furqan 25/77).

Biz, bizə düşən yəni, Allahın əmr etdiyi işləri əslində layiqincə yerinə yetirmiş olsaq, dualarımızı canlandırmış və həyatımıza əks etdirmiş oluruq. Bizə lazım olan və bizdən istənilən də budur.

Buna görə də duanın nə olduğunu düzgün başa düşməliyik. İnsanlarımızın çoxu, duanın ən rahat yönünə (əl açıb yalvarmaya) yönəlməklə vəzifəsini icra etdiyini, bəziləri də “mən bu qədər Allaha dua edirəm, niyə duam qəbul olunmur?” deyə, şikayət etdiyini görə bilərsiz.

Hər etdiyimiz duanın qəbul edilməməsi özü əslində Allahın bir mərhəmətidir. Çünki, dünyadaki işlər bizim arzu və istəklərimizə bağlı deyildir.

Dua etməkdə insanın şəxsiyyəti və duanın mahiyyəti böyük rol oynayır. Əgər bir insan Quranı özünə rəhbər tutmamışsa, halal-haram tanımırsa və Allah yoxmuş kimi yaşıyırsa, sonra da çətinə düşəndə yalvararaq “mənə filan şey ver!” ya da “məndən filan şeyi uzaqlaşdır!” deyə, dua etsə, onun bu duasının bir qarşılığı olmaz. Buna görə də duada əsas məqsəd; insanın öz içindəki pisliyi ortadan qaldırmaq və yox etmək olmalıdır. Əgər duada Rəbbimizin dediyi kimi tövbə və səmimiyyət varsa, o zaman bu duanın bir faydasını gözləmək olar. Əksi təqdirdə etdiyi dua böyük ölçüdə boş və anlamsız bir sözdən ibarət olur.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6204.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.