Müsəlmanlar

Sünniliyin və Şiəliyin nə olduğunu qısa şəkildə necə izah edə bilərsiz?

Cavab: Sünnə sözü, “yol, iz” mənalarına gəlir. Əhli-Sünnə deyəndə, peyğəmbərin izindən gedənlər nəzərdə tutulur. Əslində peyğəmbərimiz nə sünni nə də şiə olmayıb, o sadəcə Müsəlman yəni Allaha təslim olan bir insan olub.

Sünniliyin əsası peyğəmbərimiz əleyhissəlam tərəfindən yox, daha çox dövlət ərkanı və saray mollalar tərəfindən qoyulmuşdur. Bu səbəblə əhli Sünnədə İslam tarixi ehtişam və gülü-gülüstanlıq kimi xatırlanır. Tənqidə xoş baxılmaz. Müaviyə kimi bir zalıma belə r.a. yəni Allah ondan razı olsun, deyərlər.

Nəticə etibarı ilə; Sünnilik, böyük ölçüdə Ərəb örf və adətlərini peyğəmbər obrazında dinə uyğunlaşdırma şəkli olub, sonradan Həşəvilər/Hədisçilər tərəfindən sistemləşdirilmişdir. Buna görə də peyğəmbərə ən çox iftira atan bir məzhəbdir. Bu məzhəbin üzərində (başda əbu Hüreyrə və onun yəhudi müəllimi Kab bir Əhbar olmaqla) Yəhudiliyin böyük ölçüdə təsiri olmuşdur.

Əhli Şiə isə, tərəfdar mənasına gəlir. Hal-hazırda “Əhli-beyt” deyəndə peyğəmbər və onun nəslinin tərəfdarları nəzərdə tutulur.

Şiəliyin qısaca tərifini versək: Şiəlik, Əməvilərin tökdüyü əhli-Beyt qanının Məcusi fırçası ilə qələmə alınmış halıdır. Belə ki, Müsəlman qılığındaki məcusilər bu fürsəti bada vermədən imamların tökülən qanını öz fırçalarıyla yazıya tökürlər. Sonra bu faciə üzərinə əfsanələr və minlərlə nağıllar uydururlar.  Onların yazıya tökdüyü və hal hazırda şiəlik dedikləri din; şaxsey vaxsey, ağlaşma intiqam və təqiyyə üzərinə qurulmuşdur. Dinlərini tarixi hadisələr üzərinə quran bu firqənin üzərində münafiq Məcusilərin, Xristianların böyük təsiri olmuşdur. Bu səbəblə əhli-Beytə və imamlara ən çox iftira edən bu firqədir.

Onlara görə İslam tarixi sünnilərin tərsinə ah-vay, zülüm haqsızlıq və qəsbkarlıq tarixidir. Ən nefrət edilən obrazı Ömər obrazıdır. Gələcəkdə Mehdinin gələcəyinə, intiqam alacağına və bir çox senaryolarla insanları istismar etməkləri, onları siyasi örgüt halına gətirməkdədir. Şəxsləri müqəddəsləşdirmək, Allahı çağıracaq yerdə onları çağırmaq və insanları təqlidə, şirkə sürükləməkləri əslində Məcusilik donuna bürünmüş yeni bir dini xatırladır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/elanlar-xeberler/6240.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.