Müsəlmanlar

Malı anbarda saxlayıb, onu bahalandıqda satmaq stokçuluğa girərmi?

Sual: Topdansatışla məşğuluq. Mal alıb anbara qoyuruq, zam gəlincə də satırıq. Gördüyümüz iş ihtikarlığa/stokçuluğa girərmi?

Cavab: Malı alıb anbarda saxlamaq və bahalananda satmaq doğru deyil. Belə bir iş bahalılığa səbəbiyyət verir. Çünki qiymətlər, insanların arzu və tələb ehtiyaclarına görə tənzimlənir. Bu ehtiyac və tələb arasındakı dəngə pozulanda qiymətlərdə artma ya da azalma baş verir.

Buna görə də malı alıb saxlamaq, bahalaşanda satmaq, ihtikara/stokçuluğa girər və günahdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6455.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.