Müsəlmanlar

Ölüm şəkli və ya ölüm anı bir insanın yaxşı ya da pis olduğuna dəlalət edərmi?

Sual: Bir insanın hər hansı bir şəkildə ölməsi, yəni ölmədən öncə əziyyət çəkməsi ya da rahat şəkildə ölməsi, onun yaxşı ya da pis olduğuna dəlalət edərmi?

Cavab: Bir insanın necə və nə zaman öldüyünə deyil, necə yaşadığına yəni hansı əqidəyə və əmələ sahib olduğuna baxmalıyıq.

İnsanların bir dünya dolu həyatını, ölüm anına endirib oradan dəyərləndirmək absurd dəyərləndirmədir. Əgər biz, əqidəsi pozuq, çirkin əməl sahibi bir insanın çox asanlıqla can verdiyini və ya gülümsəyərək öldüyünü görmüşüksə, bu onun yaxşı olduğuna dəlalət etməz! Ya da bunun tam tərsi; əqidəsi sağlam, xeyirxah insanın faciəvi ölümü, müxtəlif xəstəliklərə yoluxub əziyyət çəkib ölməsi onun pis insan olduğuna dəlalət etməz! Bütün bu dediqodular və zahirdə görünənlərlə gəlinən nəticələrin əksəriyyəti absurd və boş dəyərləndirmələrdir. Bu eynilə bir insana dünyada rahatlıq, zənginlik verildi deyə, onun yaxşı insan olduğu, bir başqasına da çətinlik, fağırlıq verildi deyə pis biri olduğuna qənaətinə gəlmək kimidir.

İndi verdiyiniz sualı Quran ayələri ilə aydınlaşdıraq. Görək bizə həyatı verən, vəfat etdirən Rəbbimiz bu haqda nə deyir:

“Can boğaza/qırtlağa çatdığı zaman, O an siz (can verən adama) baxıb qalırsız. Biz ona sizdən daha yaxınıq, lakin siz görmürsüz” (Vaqiə, 56/83-85).

Həyatını pis başa vuran, axirətdəki hesab günü üçün hazırlıq görməyənlərlə əlaqəli uca Allah: Başqa nə gözləyirdilər ki? Gərək Allahın (ölüm) əmri və mələkləri gələ?!” (Nəhl 16/33)

Mələklər, öz-özlərinə zülm edənlərin canlarını aldıqları zaman onlar boyun əyib: “Biz heç bir pislik etmirdik ki!”- deyərlər. Xeyr! Allah sizin nələr etdiyinizi yaxşı bilir.” (Nahl 16/28)

Həyatını gözəl başa vuran, müsəlman olaraq ölənlərlə əlaqəli ayədə isə: “Onlar mələklərin: “Sizə salam olsun! Etdiyiniz (yaxşı) əməllərə görə cənnətə daxil olun!” – deyərək tərtəmiz olduqları halda canlarını aldıqları kimsələrdir. (Nəhl 16/32)

Bəzi insanlar, öz ölmüşlərinin və şəhidlərinin gülən fotograflarını ya da sevmədiyi adamın pis vəziyyətə düşən şəklini paylaşırlar ki, bunların çoxu sadəcə səthi və şəxsi dəyərləndirmələrdir. Hər ölkənin, hər qrupun artıq özünün şəhidlik anlayışı formalaşıb ki, bunların çoxu öz siyası və milli görüş və məzhəblərinə xidmət edir. Bunların hamısının həqiqi halını isə Allah dəyərləndirəcəkdir.

Məsələ: nə vaxt, hansı gündə və hansı şəkildə ölmək deyil, necə olsa bir gün öləcəyik. Əsas məsələ, necə yaşamaq lazımdırsa, elə yaşaya bilməkdir. Təəssüf ki belə yaşamağı bacaran insanların isə sayısı çox azdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır

Nəzir və şükür qurbanı haqda əlavə məlumatı saytımızın bu linkindən əldə edə bilərsiz:

Mövzu ilə bağlı digər sual-cavabları aşağıdakı linkdə görə bilərsiz:

https://www.muselmanlar.com/fitvalar/3164.html

https://www.muselmanlar.com/elanlar-xeberler/14028.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.