Müsəlmanlar

Sizcə Allah depremin/zəlzələnin qarşısını niyə almadı?

Cavab: Deprem/Zəlzələ başqa yerdənmi gəldi? Zəlzələ, tufan, sel, külək və yer üzündə olan hər şey, düşən yarpaq belə Allahın icazəsi olmadan yerə düşməz. Qısacası; Yerdə və göylərdə olan hər şey, Allahın qoyduğu qanunlara tabedir və hər biri öz təbiətinə uyğun hərəkət edər. O cümlədən bunlar, canlıların həyatda qalması üçün hər biri özünəməxsus işlər görür. Bunların bəzilərinin hikmətini, məqsədini bilsək də bəzilərini hələ öyrənməmişik.[1]

İnsanların vəzifəsi; bütün bunların yerini, hardan gələcəyini, təbiətini, gücünü və mahiyyətini  yaxşı öyrənmək, faydalanmaq və gələcək zərərlərinə qarşı tədbir almaqdır.

Əgər bir insan ev tikəcəksə, Allahın yer üzündə qoyduğu ölçüləri nəzərə almalı və evini baş verəcək afətlərə dayanıqlı tikməlidir. Əksi təqdirdə, evinin başına uçma ehtimalı böyükdür. Başqa bir misal: Ağıllı bir insan, evini sel yatağında tikməməlidir. Əgər tikərsə, sel gəlib bir gün onun evini aparacaq. Bu baş verdikdən sonra  “Allah niyə selin qarşısını almır?” və ya “bu niyə başıma gəldi?” deməsi onun axmaqlığıdır.

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/7903.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.

[1] Sismoloqlar, Depremin yəni Zəlzələnin yerin istilik, qaz balansının qorunmasında, bir çox elementlerin əmələ gəlməsində və atmosferimizin böyük hissəsini təşkil edən Azot maddəsinin yaranmasında çox böyük rolu olduğunu qeyd etmişlər.