Müsəlmanlar

İslamın ilk qibləsi harasıdır?

Sual: Qüdsə “İslamın ilk qibləsi” deyirlər. Bu doğrudurmu?

Cavab: Xeyr, bu doğru deyil. Bütün insanların ilk və son qibləsi Kəbə olmuşdur. Bunu göstərən, Quranın Əli İmran surəsinin 96-cı ayəsidir:

“İnsanlıq üçün bərəkət qaynağı və aləmlər üçün doğru yönü (Qibləni) göstərsin deyə qurulan ilk ev Bəkkədə/Məkkədə olandır.”

Lakin, Allahın yəhudilərə olan bir çox xüsusi lütflərindən və imtahanlarından biri də onlara keçici olaraq Süleyman əleyhissəlam zamanında Qüdsü qiblə olaraq təyin etməsidir. Muhəmməd əleyhissəlam, peyğəmbərliyinin ilk dövrlərində Qüdsə yönələrək namaz qılırdı. O cümlədən yəhudilər də onun arxasında namaza dururdular. Onun bu nigaranlığını Allah Bəqərə surəsi 143-cü ayəsində belə dilə gətirir:

“Biz sənin üzünün göyə tərəf çevrildiyini gördük və Biz səni razı qalacağın qibləyə tərəf döndərəcəyik. Sən üzünü Məscidulharama tərəf çevir! Harada olursunuzsa olun, üzünüzü ona tərəf çevirin! Şübhəsiz ki, Kitab verilənlər bunun öz Rəbbi tərəfindən gerçək olduğunu bilirlər. Allah onların etdiklərindən xəbərsiz deyildir.”

Bu ayə nazil olduqdan sonra yəhudilərin iç üzü ortaya çıxdı. Yəni, Muhəmməd əleyhissəlamın Allahın elçisi olduğunu qəbul etmədikləri və münafiqlikləri görüldü. Belə ki, bundan əvvəlki ayədə də bunun bir imtahan olduğu və kimin səmimi inanıb inanmadığını ortaya çıxarmaq üçün qibləni əsl əvvəlki tərəfə çevirdik, deyilir. Yəni, yəhudilər bilirdilər ki, son gələn peyğəmbər onları, insanların əsl əvvəlki qibləsinə tərəf çevirəcəkdir.

Bu hadisədən sonra Yəhudilər yəqin bildilər ki, Muhəmməd Allahın elçisidir. Lakin, buna baxmayaraq kibirləri onları haqdan döndərdi. Bu həqiqət sonrakı ayədə belə ifadə edilir:

“Kitab verdiyimiz şəxslər onu (Peyğəmbəri və Kəbənin qiblə olacağını) öz oğullarınıbildikləri kimi bilirdilər. Həqiqətən də, onlardan bir dəstə haqqı bilə-bilə gizlədir.” (Əli İmran, 3/146)

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linki tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/3387.html

Yeni suallarınızı: http://www.muselmanlar.com/ elmi-araşdırma saytının sual-cavab bölümündən və ya [email protected] email adresindən yollaya bilərsiniz.