Müsəlmanlar

Azərbaycandakı mollaların fəaliyyəti.

Sual: Azərbaycanda bir imam var. Onun moizələrinin təsiri ilə çox adam dinə üz tutub. Sayəsində birçox adam içkidən, pis vərdişlərdən yayınıb namaza üz tutub. Lakin Dində şəfaəti, vəsiləni, vilayətə inamı əsas tutur o cümlədən Mehdinin, İsanın dönüşünə inanır. Əqidəsində şirk bulaşıq olsa da etdikləri onu xilas etməyə yetərlidir?

Cavab: Əlbəttə ki “Hər insan hər halıyla pis olmaz. Yaxşı sözləri və davranışları ola bilər. Lakin bir insan müşrik isə və şirkə dəvət edirsə, o insanın aqibətini Allah bizə Qurani Kərimdə göstərmişdir. O imam, digər ənənəvi din mənsubları kimi Allahın dinini deyil, məzhəbindəki dini təbliğ edir. Deyirəm kaşki onun kimilər heç danışmasaydı və içki içənlər, pis vərdişi olanlar da şirkə düşməsəydi. Soruşuram sizə: İçki yoxsa şirk daha böyük günahdır?

Qısaca bunu deyim ki: İnsanları bağışlanmayacaq günaha sövq edən, tarixdəki hadisələri istismar edib öz siyasi məqsədlərinə alət edən, peyğəmbərimiz və imamlar adından hədislər uyduraraq yeni bir din icad edən, insanlar arasında xurafat/mövhümat yayan və nəhayət dini, yaşayanlardan alıb ölülərə ötürən bu din xadimlərindən/mollalardan  Allah bu xalqı arındırsın!

Uca Rəbbimiz hansı vaizin sözünün gözəl, faydalı olduğunu bu ayəsində göstərir: “Allaha çağıran, xeyirxah əməl işləyən və: “Mən müsəlmanlardanam!” – deyən kimsədən daha gözəl sözlü kim ola bilər?!” (Füssilət 33).

Oxşar sual cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

Bir müsəlmanın özünü Sünni ya da Şiə kimi təqdim etməsi nə dərəcədə doğrudur?