Müsəlmanlar

Məhsulundan əlavə tarlanın özü də zəkata daxildirmi?

Sual: Öz tarlasını əkib biçən əkinçi əldə etdiyi məhsulun zəkatını verdikdən sonra əlavə olaraq bir də tarlanın özündən də zəkat verməsi lazımdırmı? Yoxsa təkcə məhsulundan zəkat verməsi kifayətdirmi?

Cavab: Xeyr, tarladan zəkat verilməz, oradan əldə edilən məhsuldan zəkat verilir. Tarla daşınmaz əmlakdır. Daşınmaz əmlak o zaman zəkata daxil olar ki, o əmlak ticarət malı halına gətirilsin. Əksi halda zəkata tabe deyil. Məsələn, mənim əynimdəki köynək mənim üçün ticarət malı deyil və mən əynimdəki köynəkdən ötrü zəkat verməli deyiləm. Amma bu köynəyi satan şəxs üçün köynək ticarət malıdır və onun ondan əldə etdiyi qazanc zəkata tabedir.

Oxşar sual-cavaba baxmaq üçün aşağıdakı linkə tuşlayın:

https://www.muselmanlar.com/fitvalar/6368.html

Sualınız: “Din və Fitrət Elmi-Araşdırma Mərkəzi” heyəti tərəfindən cavablanmışdır.